top
Həftəlik bürclər 14 AVQUST - 20 AVQUST
13 avqust 2023, 10:00
- +

Həftəlik bürclər 14 AVQUST - 20 AVQUST

QOÇ bürcü


Bu həftə Qoç rahat yaşamayacaq: macəralarla dolu hadisələr baş verəcək. Müdiriyyətlə anlaşılmazlıq baş verə bilər: öz mövqeyinizi, ideyanızı və ya sözünüzü düzgün şəkildə ifadə edin, çünki bir yanlışlıq sizi işsiz qoya bilər. Lakin həftənin ikinci hissəsi sürprizlərlə dolu olacaq: çoxdandır gözlədiyiniz xoş xəbəri alacaqsınız. Bəzi Qoçlar sevgililərinin yalanını ifşa edəcəklər: ayrılmaq və ya münasibətə davam etmək sualı ilə qarşı-qarşıya qalacaqsınız. Uğurlu günləriniz 17, 19 avqust, uğursuz gününüz isə 15 avqustdur.

BUĞA bürcü


Buğa yeni bir ixtisas öyrənməli olacaq: nəticədə gəlirli işə düzəlmək və ya xaricə getmək şansı yaranacaq. Həyatınızda dəyişikliklərə hazır olun: tənhalığa son qoyacaqsınız. Ola bilsin, çətin bir vəziyyətə düşəcəksiniz, lakin qorxmayın: bir insan sizə kömək əlini uzadacaq. Diqqətli olun: ayağınızın altını qazan biri var. Sizə zərbə vurmaq üçün uyğun vaxt gözləyir: düşməninizi Xərçəng və Oxatanlar arasında axtarın. Uğurlu günləriniz 14, 20 avqust, uğursuz gününüz isə 18 avqustdur.

ƏKİZLƏR bürcü


Bu həftə maskalar çıxarılacaq: böyük uğura imza atacaqsınız və paxılların iç üzünü görəcəksiniz. Sosial şəbəkələrdə dələduzlarla qarşılaşa bilərsiniz: alış-veriş zamanı əvvəlcədən beh istəyənlərdən çəkinməyə çalışın. Çoxdandır münasibətdə olduğunuz insan sizə evlilik təklifi edə bilər: naz etməyin və müsbət cavab verin. İş axtaranların CV-ləri bu həftə geri qaytarmayacaq: arzu etdiyiniz işə düzələcəksiniz. Uğurlu günləriniz 18, 19 avqust, uğursuz gününüz isə 14 avqustdur.

XƏRÇƏNG bürcü


Tənha Xərçənglər, subaylığa “son” demək vaxtı gəlib: ürəyinizin qapısı bir nəfər üçün açılacaq. Həmin insanla tanışlıq qeyri-adi şəraitdə olacaq: mağazada, metroda və ya tıxacda. Tanışlıq dava ilə başlayacaq, sevgi ilə sonlanacaq. Həyatınızda kiçik, lakin çox nəzərəçarpan dəyişiklik baş verə bilər: komfortunuz pozulacaq, lakin unutmayın ki, işləməyən dişləməz. Uğurlu günləriniz 16, 20 avqust, uğursuz gününüz isə 17 avqustdur.

ŞİR bürcü


Bu həftə sevgi tərəfdən bəxtiniz çox gətirəcək: çalışın, ətrafınızda olan Əkizlər, Oğlaq, Dolça bürclərinin nümayəndələrinə diqqət yetirin, çünki ən ideal cütlük onlarla alınacaq. Karyera nərdivanında irəliləmək üçün çox yaxşı vaxtdır: rifahınızı yaxşılaşdırmaq, peşəkar yüksəliş üçün çoxlu perspektivləriniz olacaq. Həftəsonu dostlarınızı başınıza yığıb səyahətə çıxa bilərsiniz: pula qənaət etmək məsləhət görülür. Uğurlu günləriniz 14, 15 avqust, uğursuz gününüz isə 16 avqustdur.

QIZ bürcü


Bu həftə zəhmətiniz dəyərləndiriləcək: karyeranızda əlverişli nəticələr olacaq. Subaylar, toya hazırlaşın, axır ki, bəxtiniz açılır: ulduzlar sizə elə bir insanı seçib ki, onu görənin ağzı açıq qalır. Ümumiyyətlə, həyat daim sizi sınayır, bu sınaqlardan uğurla keçdikdə isə mükafatlandırır. Həftənin ikinci yarısında böyük maliyyə gəliri əldə edəcəksiniz, bunun sayəsində yeni ev və ya avtomobil almağı planlaşdıra bilərsiniz. Uğurlu günləriniz 16, 19 avqust, uğursuz gününüz isə 14 avqustdur.

TƏRƏZİ bürcü


Bu həftə səyahət, rəsmi görüşlər, sənədləşmə işləri, xırda məişət alış-verişi üçün uyğun vaxt deyil. Həftəni pis xəbərlə açacaqsınız, lakin cümə axşamı günü problemlər qara buludlar yoxa çıxacaq. İtaliya, Almaniya və ya Fransadan ismarıc alacaqsınız: çamadanlarınızı yığın, xaricə səfər etmək vaxtıdır. Subay oğlanlar, diqqətli olun: qarşınıza ağlınızı alacaq bir qız çıxacaq, lakin o, sizdən istifadə edib həyatınızdan itəcək. Həmin qız Buğa, Əkizlər və ya Şir bürcündən olacaq. Uğurlu günləriniz 17, 20 avqust, uğursuz gününüz isə 18 avqustdur.

ƏQRƏB bürcü


Bu həftə tələsik heç nə etməyin: hər şeyi həyatın axarına buraxın. Ehtiyatlı olun: dələduzlar ətrafınıza yığışacaqlar. Səyahət etmək planlarınız varsa, çalışın, gələn həftəyə saxlayın. Həftəsonu ailə tərəfindən təzyiqə məruz qalacaqsız: sizin fikriniz onların fikri ilə bir olmayacaq. Hətta bu səbəbdən kiçik münaqişələr baş verə bilər, odur ki, çalışın, səbirli olun. Sevgiliniz tərəfindən möhtəşəm xəbər və ya hədiyyə gözləyin: sevincdən göyün yeddinci qatında olacaqsınız. Uğurlu günləriniz 15, 17 avqust, uğursuz gününüz isə 14 avqustdur.

OXATAN bürcü


Bu həftə yeni iş təklifi, müqavilələr və karyera yüksəlişi gözlənilir. Pulunuzu düzgün yerə yönəldin: balışın altında saxlamaq əvəzinə kiçik biznes açmaqla və ya investisiya etməklə daha çox pul qazana bilərsiniz. Karyera yüksəlişinə hazır olun: müdiriyyət çalışqan olduğunuzu dəyərləndirəcək və sizə layiqli vəzifə verəcək. Birtərəfli mövqe tutmaqdan əl çəkin: başqalarının da fikrini anlamağa çalışın və lazımsız yerə hər şeyi dramatikləşdirməyin. Ümumiyyətlə, eqonuza nəzarət edin: çox insanı itirə bilərsiniz. Uğurlu günləriniz 14, 19 avqust, uğursuz gününüz isə 20 avqustdur.

OĞLAQ bürcü


Oğlaqlar bu həftə çox təəccüblənəcəklər: hər yeni açılan gün sürprizlərlə dolu olacaq. Ən çox sürpriz dostlarınız tərəfindən bəxş olunacaq: kimi qonaqlıq verəcək, kimi bahalı hədiyyə alacaq, kimi isə sizi səyahətə dəvət edəcək. Hamı haqqınızda təkcə bir söz deyəcək: “Bu insan bəxtəvərdir!” Həftə başlayan kimi çoxdandır gözlədiyiniz xəbəri alacaqsınız: bəlkə də həyatınızın ən sevincli anlarını yaşayacaqsınız. Şənbə günü keçmiş iş yoldaşınızla görüş baş tuta bilər: sizə maraqlı və gəlirli iş birliyi təklif olunacaq. Uğurlu günləriniz 16, 19 avqustdur, uğursuz gününüz gözlənilmir.

DOLÇA bürcü


Həftə xoş xəbərlə başlayacaq: bu xəbəri çoxdan gözləyirdiniz. Lakin sevgilinizlə münasibətiniz korlana bilər. Bunun qarşısını almaq üçün soyuq davranmayın, ona diqqət yetirin. Ürəyinizin qapısını lazımsız insanlara açmayın, onlar sizə yaxın olub, zəif yerinizi tapıb, sizə zərbə vura bilərlər. Bəzən soyuqqanlı, ürəksiz görünmək daha yaxşıdır. Bu ərəfələrdə liderlik xüsusiyyətlərinizi göstərmək lazımdır: müdir olmağın vaxtıdır. Yeni vəzifəyə təyin olunmaq və ya daha gözəl iş yerinə düzəlmək şansınız olacaq. Uğurlu günləriniz 15, 20 avqustdur, uğursuz gününüz gözlənilmir.

BALIQLAR bürcü


Həyatınızın ən parlaq günləri başlayacaq: uğur sizin tərəfinizdə olacaq. Arzu etdiyiniz iş özü sizin qarşınıza çıxacaq. Çox əziyyət çəkmisiniz və bunun bəhrəsini görəcəksiniz: həftəsonu karyera yüksəlişinə bir pillə də yaxınlaşacaqsınız. Subayların qarşısına pullu, varlı, zadəgan bir insan çıxacaq. Lakin onun maddi durumuna aldanmayın, iç dünyasının zənginliyini yoxlayın. Köhnə dostunuz sizə şad xəbər verəcək: həyatınız əvvəlki kimi olmayacaq. Uğurlu günləriniz 17, 20 avqust, uğursuz gününüz isə 14 avqustdur.

Son xəbərlər

Xəbər
Bu gün, 14:40

20 nömrəli avtobus çatışmazlığı: Sərnişinlər saatlarla dayanacaqda

Xəbər
Bu gün, 14:20

Dövlət qurumlarına qarşı 50-dən çox kiberhücumun qarşısı alınıb

Xəbər
Bu gün, 13:55

Bakıda yağış altında avtobus növbəsi - Dayanacaq yoxdur!

Xəbər
Bu gün, 13:20

Bakı magistralında evakuator aşdı - VİDEO

Xəbər
Bu gün, 13:02

Sabah da yağış yağacaq?

Xəbər
Bu gün, 12:20

Zəhərlənmədən 4 nəfər ÖLDÜ

Xəbər
Bu gün, 12:20

Baba Pünhanın doğum günüdür

Xəbər
Bu gün, 11:20

Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək

Xəbər
Bu gün, 10:54

Kino cameəsi Coşqun Rəhimovu tənqid etdi: "İntellekt, sənət, mədəniyyət yoxdur..."

Xəbər
Bu gün, 10:49

Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə mövzusunda beynəlxalq tədbir keçirilib

Xəbər
Bu gün, 10:20

Bakıda məktəbli qızı maşın vurdu

Xəbər
Bu gün, 09:20

"Qarabağ" Bakıda "Çelsi"ni qəbul edir

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xəbər
Dünən, 18:00

Səhiyyə Nazirliyinin rüşvət alan vəzifəli şəxslərinə HÖKM OXUNDU

Xəbər
Dünən, 17:17

DİQQƏT: Parada görə bu yollar bağlanır

Xəbər
Dünən, 16:19

"Azərbaycan Nəşriyyatı"na pul ayrılmayacaq

Xəbər
Dünən, 15:20

Yoxlamalardan əvvəl icra başçısı deputatın qardaşı oğlunu işdən çıxarıbmış

Xəbər
Dünən, 15:07

Zəfər Paradı ilə əlaqədar marşrutların hərəkət sxemində dəyişiklik edilir

Xəbər
Dünən, 14:20

AzTV-də ciddi nöqsanlar aşkarlandı

Xəbər
Dünən, 13:43

İllər əvvəl Bakıda banda yaradıb, DƏHŞƏT SAÇAN cinayətkara hökm oxundu

Xəbər
Dünən, 13:20

16 yaşında ana olan yeniyetmə sevgilisinə qoşulub sığınacaqdan QAÇDI

Xəbər
Dünən, 13:06

Bakıya güclü leysan yağacaq - XƏBƏRDARLIQ

Xəbər
Dünən, 13:02

"Cəmiyyətə belini oynadanları yox, insanlara faydalı bir şey..." - Ülvi Qənizadə

Xəbər
Dünən, 12:20

Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı

Xəbər
Dünən, 11:29

AYNA-dan 20 Yanvar dairəsindəki yeniliklə bağlı AÇIQLAMA

Xəbər
Dünən, 11:08

Avtomobili vaxtında yumadığı üçün ŞİLLƏLƏNDİ

Xəbər
Dünən, 10:47

"Bu sualla Firəngiz xanımın qəlbini qırıb, atamın ruhunu incidirlər" - Ülkər Yaşarqızı

Xəbər
Dünən, 10:34

İcra Hakimiyyətlərinin ləğvi yenidən gündəmə gəldi

Xəbər
Dünən, 10:29

Yasamalda qanunsuz çörək bişirirlərmiş

Oxşar xəbərlər