QOÇ bürcü
Bu həftə hər hansı bir qərar verməzdən əvvəl yüz ölçüb, bir biçin. Düzgün seçim sizi yeni “sahillərə” apara bilər. Həftənin əvvəli maraqlı keçəcək: yeni insanlarla tanış olacaqsınız. Çoxdandır gözlədiyiniz səyahətə çıxacaqsınız. İstirahət həftəsinin ikinci yarısında aldığınız xəbərlər əhvali-ruhiyyənizi poza bilər. Lakin bu, uzun müddət çəkməyəcək - hər şey yoluna düşəcək. Uğurlu günləriniz 27, 28 iyun, uğursuz gününüz isə 2 iyuldur.
BUĞA bürcü
Həftənin ilk yarısında maliyyə problemləri ola bilər, lakin cümə günündən etibarən xərclədiyinizdən qat-qat çox pul geri qayıdacaq. Buna baxmayaraq, çalışın, heç kimə borc verməyin. Həftənin ikinci yarısı əlavə gəlir mənbəyi tapmağın əsl vaxtıdır. Çoxdandır iş birliyi qurmaq istəyirsinizsə, edin və əmin olun ki, hər şey alınacaq. Uğurlu günləriniz 29, 30 iyun, uğursuz gününüz isə 26 iyundur.
ƏKİZLƏR bürcü
Bu həftə sizin üçün müsbət hadisələrlə dolu olacaq. İş axtaranlar üçün əlverişli həftə gözlənilir: istədiyiniz işə qəbul olmaq istəyirsinizsə, sadəcə özünüzə güvənin, müsahibədə rahat olun və biliklərinizi göstərin. İşi olanlar isə bu həftə rahatlaşa bilərlər, hər şey qaydasında gedəcək. Ulduzlar sizə tanımadığınız insanlarla çox da səmimi olmamağı məsləhət görür. Şəxsi həyatınız haqda heç kimə artıq məlumat verməyin, yoxsa bu, gələcəkdə sizə qarşı istifadə oluna bilər. Uğurlu günləriniz 27, 29 iyun, uğursuz gününüz isə 1 iyuldur.
XƏRÇƏNG bürcü
Bu həftə başqaları ilə söhbətlərdən siz əvvəllər baş verməli olan, lakin gerçəkləşməyən şeylərin çoxunu öyrənə bilərsiniz. Bu söhbətlərdən çəkinməyin. Həftəsonu isə yaxşı xəbər eşidəcəksiniz. Bu xəbər sizin karyeranızla bağlı ola bilər. Subay Xərçənglər dostlar sayəsində maraqlı insanla tanış ola biləcəklər. Bu tanışlıq yaxın gələcəkdə bir ömürlük sevgiyə çevrilə bilər. Uğurlu günləriniz 28 iyun, 1 iyul, uğursuz gününüz isə 26 iyundur.
ŞİR bürcü
Şirlər istirahət etmək və güclərini bərpa etmək üçün vaxt tapmalıdırlar. Həftəsonu ailənizi görmək istəsəniz belə, yalnız özünüzə diqqət yetirməyiniz daha yaxşı olar. Əgər səyahət etmək mümkün olmasa, ən azı bir neçə saatlıq mühiti dəyişməyə çalışın. İndi ruhunuz yeni təcrübələr üçün hazır olmalıdır. Çünki yaxın gələcəkdə karyeranızda yüksəltmək fikri sizi qayğılandıra bilər. Ulduzlar söz verir: ümidləriniz möcüzəni gözləməkdən yorulduğunuz anda gerçəkləşəcək. Uğurlu günləriniz 26, 29 iyun, uğursuz gününüz isə 1 iyuldur.
QIZ bürcü
Qızlar üçün bu həftə xoş anlarla yadda qalacaq. Bu vaxt karyera yüksəlişi mümkündür: sizə eyni anda bir neçə cəlbedici təklif təqdim ediləcək. Biznesdə uğur qazanıb yeni layihəyə başlaya bilərsiniz. Uğurlu səfərlər mümkündür. Bu həftə istirahət üçün əlverişlidir. Bu istirahətdən sonra sizin hər hansı tələblərinizi qarşılamaq üçün enerji və imkanlarınız olacaq. Qızlar, daha cəsarətli və təşəbbüskar olun, çünki bu həftə bəxt sizin tərəfinizdə olacaq. Uğurlu günləriniz 27, 30, iyun, uğursuz gününüz isə 2 iyuldur.
TƏRƏZİ bürcü
Bu həftə işlə bağlı məsələlərə xüsusi diqqət yetirməlisiniz. Karyera dəyişiklikləri üçün əlverişli zamandır. Şəxsi həyata gəlincə, həddindən artıq məşğulluq səbəbindən ailədə və ya sevdiyiniz insanla münaqişələr yarana bilər. Lakin çalışın, səbirli olun, davaya yol verməyin. Tənha Tərəzilərin pərəstişkarları artacaq, amma çox öyünməyin, onların arasından birini seçib, sevgi münasibətlərinə başlamağın əsl vaxtıdır. Bu həftə pis vərdişlərdən qurtulmaq üçün doğru zamandır. Uğurlu günləriniz 27, 29 iyun, uğursuz gününüz isə 2 iyuldur.
ƏQRƏB bürcü
Əqrəblər özləri istəməsələr, onların ürəyində nə olduğunu heç vaxt öyrənə bilməyəcəksiniz. Amma sizə güvəndilərsə, bilin ki, siz onların ən yaxın dostlarındansınız! Əqrəblər bu həftə yeni tanışlıqlar əldə edəcəklər: bu, gələcəkdə böyük iş qurmağa kömək edəcək. Siz çox ağıllısınız, lakin eyni zamanda tənbəlsiniz: bir ideyanız varsa, onu gerçəkləşdirmək və bunun bəhrəsini görmək sizin əlinizdədir. Evli olanlar xoşbəxtliyin ən gözəl anlarını yaşayacaqlar. İşdə hamıdan çox çalışın: bu, müdiriyyət tərəfindən dəyərləndiriləcək. Uğurlu günləriniz 26 iyun, 1 iyul, uğursuz gününüz isə 29 iyundur.
OXATAN bürcü
Həftənin ortasından uğurlu günləriniz başlayacaq və birdən-birə karyeranız üçün yeni perspektivlər yaranacaq. Çərşənbə günü dostlarınızla kiçik münaqişə yaşana bilər: diliniz sizin bəlanızdır. Əgər sizi sevən birinin hisslərinə “yox” desəniz, o, sizi qaçırmağa çalışacaq. Başınız davaya da qarışa bilər, lakin sonda hamını yerə yıxıb taxta oturacaqsınız. Şənbə günü əlinizə külli miqdarda pul gələcək, borc istəyənlər üstünüzə tökülüşəcəklər. Uğurlu günləriniz 29 iyun, 2 iyul, uğursuz gününüz isə 30 iyundur.
OĞLAQ bürcü
Həftə sürprizlər gətirə bilər, ona görə də çətin ki, bütün planlarınızı həyata keçirə biləsiniz. Hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq, optimist qalın: bunun üçün hər cür səbəbiniz olacaq. Yeni tanışlar sizə kömək etməkdən məmnun olacaqlar, çünki ideyalarınızı həqiqətən bəyənəcəklər. Şəxsi münasibətlər həmişə rəvan inkişaf etməyəcək, lakin ciddi münaqişələrdən qorxmağa dəyməz. Köhnə əlaqələri bərpa etmək, mübahisə etdiyiniz şəxslərlə barışmaq üçün həftənin son günləri münasibdir. Uğurlu günləriniz 27, 29 iyun, uğursuz gününüz isə 30 iyundur.
DOLÇA bürcü
Həftənin əvvəli görüşlər üçün əlverişli olacaq. Nə danışacağınızdan asılı olmayaraq, çox diqqətlə dinləniləcəksiniz və mütləq dəstəklənəcəksiniz. İşinizdə tələskənlikdən çəkinin. Həftənin ikinci yarısı gözlənilməz hadisələrlə zəngin olacaq. Çox güman ki, onlara görə planları dəyişdirmək lazım gələcək. Yaxın insanlar sizi tez-tez təəccübləndirəcəklər: əvvəllər heç vaxt dilə gətirmədiyiniz arzuları təxmin edəcəklər. Çoxlu xoş sürprizlər olacaq. Uğurlu günləriniz 28, 30 iyun, uğursuz gününüz isə 1 iyuldur.
BALIQLAR bürcü
Bu həftə çoxları sizi maraqla izləyəcək. Doğru andan yararlanın və nəyə qadir olduğunuzu göstərin. Çox yaxında tam olaraq müttəfiqləriniz kimi görmək istədiyiniz insanlar sizi dinləyəcək və plan və müzakirələrdən konkret hərəkətlərə keçmək mümkün olacaq. Həftənin ikinci yarısında alacağınız təkliflərə diqqət yetirin. Onları qəbul etsəniz, həyatınızda çox şey yaxşılığa doğru dəyişə bilər. Ancaq bu, asan olmayacaq, odur ki, səylərinizi əsirgəməməlisiniz. Tezliklə bunun öhdəsindən gələcəksiniz və diqqətinizi həqiqətən sizi valeh edən, sevindirən və ruhlandıran şeylərə cəmləyə biləcəksiniz. Uğurlu günləriniz 29, 30 iyundur, uğursuz günləriniz gözlənilmir.