Binəqədi Gənclər Evində əmək yarmarkası baş tutacaq. Bu haqda bu gün, 27 mart tarixində Bakuplus.az Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər verir.
Yarmarkada 10 müəssisə tərəfindən 180 vakansiya təqdim olunacaq. Tədbirə gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə bildiriləcək.
Yarmarka martın 29-da saat 11:00-13:00 arası keçiriləcək. Giriş sərbəstdir. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 112.