top
Həftəlik bürclər 20 MART - 26 MART
19 mart 2023, 10:00
- ↺ +

Həftəlik bürclər 20 MART - 26 MART

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Bu həftə subay Qoçun bəxti açılacaq: bayram günlərində qarşınıza Keçəl çıxacaq. Xanımlar, unutmayın ki, başı keçəl oğlanın bəxti parlaq olur. Tezliklə ərə gedəcəksiniz və hamını heyran edəcəksiniz. Rəfiqələriniz əsəbiləşəcək və sizə paxıllıq edəcəklər. Oğlanlar da sevinəcəklər: həftəsonu gözəl Bahar qızla rastlaşacaqlar. O, sizin bəxt ulduzunuz olacaq və onunla dünyanı fəth edəcəksiniz. Uğurlu günləriniz 21, 23 mart, uğursuz gününüz isə 24 martdır.

BUĞA bürcü


Novruz bayramı sizə düşərli olacaq: həll olunmayan problemlər, sizi narahat edən məsələlər tezliklə uğurla başa çatacaq. Papaq atarkən düzgün qapını seçin: bir də gördünüz, papağın içinə külli miqdarda pul qoyublar. Ümumiyyətlə, maddi sıxıntılara son qoyulacaq: həyatınızdakı qara günlər ağ günlərlə əvəzlənəcək. Tezliklə evlənəcəksiniz: valideynləriniz artıq sizin üçün talib tapıblar. Uğurlu günləriniz 20, 21 mart, uğursuz gününüz isə 25 martdır.

ƏKİZLƏR bürcü


Bu həftə Əkizlər əcnəbi ilə tanış olacaqlar: kiminsə bəxti açılacaq, kiminsə uğurlu iş birliyi qurulacaq. Uzun müddətdir təxirə saldığınız, müntəzəm olaraq unutduğunuz və ya başlamaq üçün çox tənbəl olduğunuz işlər varsa, mütləq bu dövrdə həyata keçirin. Ulduzlar daim sizin yanınızda olacaq. Bu həftə sevgi məsələsinə toxunmayın: heç kimə ürəyinizi açmayın və sevgi etirafı etməyin. Qarşı tərəfin cavabı sizi qane etməyə bilər, odur ki bəxtinizi sınamağa tələsməyin. Uğurlu günləriniz 24, 25 mart, uğursuz gününüz isə 22 martdır.

XƏRÇƏNG bürcü


Bu həftə eşq sizinlə qəddar bir oyun oynayacaq: nə vaxtsa kiminsə ürəyini qırmısınızsa, həyat sizi cəzalandıracaq. Qarşınıza bir insan çıxacaq və sizin könlünüzü alacaq, lakin bir müddət sonra sizdən istifadə edib həyatınızdan çıxacaq. Borclar içində üzənlərin üzü güləcək: böyük cekpot qazanmaq şansınız olacaq. Həftəsonu dostunuz sizə bir sirr açacaq: bundan sonra həyatınız dəyişəcək. Uğurlu günləriniz 20, 26 mart, uğursuz gününüz isə 21 martdır.

ŞİR bürcü


Həftənin ilk yarısında şəxsi münasibətlər kifayət qədər gərgin cərəyan edəcək. Valideyninizlə və ya sevgilinizlə münasibətiniz korlana bilər: burada dünyagörüşünüz və ya fikir ayrılığı əsas səbəb olacaq. Yaxın dostunuzla biznes açmaq fikriniz varsa, mütləq sizə dəyərli məsləhətlər verəcək və ilk addımlarınızda sizin yanınızda olacaq üçüncü şəxsi tapmalısınız. Həftəsonu sizi narahat edən məsələ çözüləcək. Uğurlu günləriniz 23, 25 mart, uğursuz gününüz isə 22 martdır.

QIZ bürcü


Həftənin ilk günlərində ağlında mühüm bir məsələ olan Qız xüsusilə diqqətli olmalıdır. Bu, elə bir dövrdür ki, hətta kiçik bir səhv, xüsusən də biznesdə kifayət qədər baha başa gələ bilər. Çalışın, intuisiyanıza güvənəsiniz: o, sizə necə hərəkət etmək lazım olduğunu deyəcək. Ancaq başqalarının məsləhəti faydasız olacaq və bəzən düzgün qərar verməyə mane ola bilər. Həftənin ikinci yarısı sevgililər üçün uğurlu olacaq: ciddi münasibətə doğru getmək üçün vacib addım atılacaq. Uğurlu günləriniz 21, 25 mart, uğursuz gününüz isə 20 martdır.

TƏRƏZİ bürcü


Həftənin əvvəlində bir çox yeni planlar ortaya çıxacaq. Onların dərhal həyata keçəcəyi ehtimalı azdır, lakin səbir etsəniz, uğur sizinlə olacaq. Həftəiçi yeni tanışlıqlara açıq olmalısınız: çox insan sizinlə dost olmaq və ya iş birliyi qurmaq istəyəcək. Həftənin ikinci yarısında yaxın bildiyiniz bir insanı ifşa edəcəksiniz: təəssüf ki, hətta etibar etdiyiniz insanlar da sizə yalan danışa bilərlər. Bu dövrdə iş və şəxsi həyat arasında tarazlığı qorumaq xüsusilə vacib olacaq. İş problemlərinin həlli ilə çox məşğul olsanız, yaxınlarınızla münasibətlər gərginləşə bilər. Uğurlu günləriniz 23, 26 mart, uğursuz gününüz isə 22 martdır.

ƏQRƏB bürcü


Həftənin əvvəlində həmişəkindən daha tez-tez diqqət mərkəzində olacaqsınız: yeni müttəfiqlər tapmaq, fikirlərinizlə başqalarını maraqlandırmaq üçün bundan yararlanmağa dəyər. Həyatınızda yenilik edəcəksiniz: bu, iş yerini dəyişmək, yeni hobbi ilə məşğul olmaq və ya boşanmaqla da sonlana bilər. Sizi bezdirən, nəfəsinizi daraldan insanlardan uzaqlaşacaqsınız və bununla həyatınızda yeni səhifə açılacaq. Həftəsonu səyahətə çıxmaq ehtimalı var. Uğurlu günləriniz 20, 21 mart, uğursuz gününüz isə 24 martdır.

OXATAN bürcü


Həftənin əvvəlində ətrafdakılarla yaxşı münasibətlər saxlamaq çətin ola bilər: ironik ifadələriniz bəzən olduqca sərt səslənə, zarafatlarınız həssas insanlar üçün təhqiramiz görünə bilər. Diqqətini öz işlərinə yönəldəcək və onların öhdəsindən mümkün qədər yaxşı gəlməyə çalışacaq Oxatan üçün bu dövr daha uğurlu olacaq. Dövlət qurumlarına müraciət edənlərin məsələləri tezliklə həll olunacaq. Həftəsonu iki sevənin arasına 3-cü insan girəcək: səbir və qarşılıqlı etibar sayəsində o insanı uzaqlaşdıracaqsınız. Uğurlu günləriniz 23, 25 mart, uğursuz gününüz isə 21 martdır.

OĞLAQ bürcü


Həftənin əvvəlində çox emosional ola bilərsiniz: əhvalınızı idarə etmək çətin olacaq, istənilən xırda şey əsəbinizə toxuna bilər. Bu dövrdə əhəmiyyətli qərarlar verməyin: heç bir ciddi addım atmamaq daha yaxşıdır. Sizi həqiqətən anlayan və hər şeydə sizə dəstək olanlarla çox vaxt keçirin. Qızğın mübahisələrdən, xüsusən də müzakirə və dedi-qodulardan qaçmağa çalışın. Həftənin ikinci yarısı daha gözəl keçəcək. Birincisi, özünüzə inam və optimizm bərpa olunduqca əhvalınız da yaxşılaşacaq. İkincisi, sevinc üçün həqiqətən çox səbəblər olacaq: işdə nəzərəçarpacaq uğurlar, nağd pul daxilolmaları ehtimal olunur. Uğurlu günləriniz 22, 26 mart, uğursuz gününüz isə 25 martdır.

DOLÇA bürcü


Əvvəllər intuisiyaya, improvizəyə və hər çətin vəziyyətdən tez çıxa bilmək qabiliyyətinə arxalanan Dolçalar üçün bu həftə çətin ola bilər. Çalışın, bir plan tərtib edin və ona əməl edin: təsadüfi görüşlərə çox vaxt sərf etməyin və şirin vədlərə inanmayın. Novruz bayramı tənha Dolçalar üçün düşərli olacaq: şənliklərə qatılaraq ikinci yarınızla tanış ola bilərsiniz. Uğurlu günləriniz 20, 21 mart, uğursuz gününüz isə 23 martdır.

BALIQLAR bürcü


Bu həftə Balıqları keçmişin kəbusları izləyəcək. Həftənin hadisələri sizə gələcəkdə səhvlərdən qaçmağınıza kömək edə biləcək təcrübə qazandıracaq. Başqaları haqda çox şey öyrənəcəksiniz və kimisə lazımınca qiymətləndirmədiyinizi başa düşəcəksiniz. Planlaşdırılmış işləri təxirə salıb həftəsonu istirahətə önəm verin. Bundan sonra işləriniz də qaydasında gedəcək. Uğurlu günləriniz 21, 25 mart, uğursuz gününüz isə 23 martdır.

Son xəbərlər

Xəbər
Bu gün, 09:45

Yeni Ramana küçəsi BAĞLANIR

Xəbər
Bu gün, 09:36

DİN: Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib

Xəbər
Bu gün, 09:10

Paytaxtın bir hissəsində qaz olmayacaq

Xəbər
Bu gün, 09:05

Bakının bəzi küçələrində işıq kəsiləcək

Xəbər
Bu gün, 08:56

Bakıda 14 yolda tıxac var

Xəbər
Bu gün, 00:01

26 oktyabr 2020-ci il: Vətən müharibəsinin 30-cu günü

Aktual Xəbərlər
Dünən, 21:30

Bakıda ölümlə nəticələnən dava: Deputatın oğlu da daxil olmaqla 6 nəfər həbs edildi

Xəbər
Dünən, 20:51

26 oktyabr - 1 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Dünən, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
24 oktyabr 2026, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
24 oktyabr 2026, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
24 oktyabr 2026, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
24 oktyabr 2026, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
24 oktyabr 2026, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
24 oktyabr 2026, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
24 oktyabr 2026, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
24 oktyabr 2026, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
24 oktyabr 2026, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
23 oktyabr 2026, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
23 oktyabr 2026, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
23 oktyabr 2026, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
23 oktyabr 2026, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
23 oktyabr 2026, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Oxşar xəbərlər