top
8 Mart ərəfəsi dükanlar: “Sabaha gül qalmayacaq” - REPORTAJ
07 mart 2025, 05:40
- ↺ +

8 Mart ərəfəsi dükanlar: “Sabaha gül qalmayacaq” - REPORTAJ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabah 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Bu ərəfədə Bakının gül və hədiyyə satılan dükanlarında nisbətən canlanma müşahidə olunur. Daha çox tələbat güllərə olur. Gül salonlarının gəlhagəli başlayır. İldə bir-iki dəfə üzü gülən gülsatanlar üçün bu günün əməlli-başlı bayram olacağı gözlənilir. Özlərinin də dedikləri kimi, əslində, 8 Mart qadınların yox, gülsatanların bayramıdır.

Bəs, görəsən, bu il qiymətlər necədir? Hər kəs cibinə uyğun gül ala biləcəkmi?

Bakuplus.az-ın əməkdaşı gül salonlarına baş çəkərək oradakı vəziyyətlə maraqlanıb.

Gül salonlarında sıxlıq müşahidə olunur, insan əlindən tərpənməyə yer yoxdur. Hətta bir yox, bir neçə buket alıb aparanlar da var.

Hər yaş kateqoriyasından müştərilərə rast gəlmək mümkündür. Salona arabir xanımlar da yaxınlaşırlar. Müşahidəmizə görə, bəyənilmək baxımından ən öndə olan gül zanbaqdır. Çünki qarşı tərəfin zövqünü bilməyənlər uzun tərəddüddən sonra məhz bu gülü seçirlər.

Satıcılardan biri deyir ki, çoxları sifarişlərini bir neçə gün öncədən veriblər:

“Tələbat çox, qiymətlər standartdır. Qızılgülün bir dənəsini üç-dörd manatdan satıram. İndi zanbağın mövsümüdür, yerli istehsal olduğu üçün ən çox da o satılır. Gülləri dənə ilə, dəstə ilə, səbətlə, qutu ilə alanlar var.

Zanbaqla qarışıq buket 100-130 manatdır. 80, 50 manata da var. Hədiyyə ancaq oyuncaq ayılardır. Onların da qiyməti 80-100 manata qədərdir. Yığılma, yəni hazır gül buketləri isə 35-40 manatdan başlayır”.

Digər gül salonunda bildirirlər ki, güllərin qiyməti növünə, rənginə görə dəyişir:

“Ötən ilə nisbətən güllərin qiymətində artım hiss olunur. Baha gülün sırasına Şəbə növlü xarici gül daxildir. Qiyməti 25 manatdır. Əsasən, kişilər qızılgülə üstünlük verirlər. Bir qızılgülün qiyməti 4-5 manatdır. Qırmızı rəngli qızılgüllər 5 manata, digər rəngdə olanlar isə 4 manatadır. Buketlərdə isə güllərin sayına və növünə görə qiymətlər fərqlənir.

8 Mart ərəfəsində qiymətlərdə həmişə dəyişiklik olur. Səbəb də odur ki, bu bayramı çox ölkədə qeyd edirlər, tələbat çox olur, hətta indi müharibə gedən Ukrayna ilə Rusiyada da. Güllər Ekvador, Kolumbiya, Keniyadan gətirilir ki, bu da qiymətə təsir edir. Yol haqqı qalxır deyə məcbur qiymətləri də qaldırmalı oluruq”.

Başqa bir mağazadakı gülsatan deyir ki, qiymət ötən il ilə eynidir:

“Ən çox qızılgülün ağ, zoğalı, çəhrayı, göy rənglərinə tələbat var. Gördüyünüz bütün bunlar sifarişdir. Ayın 8-i gəlsəniz, heç birini görməyəcəksiniz. Hamısı sifarişdir. İndi böyük dəstələrə tələbat çoxdur. 101, 200, hətta 1001 qızılgül alan var. Zanbağın biri iki manatadır. Qızılgül üç manatadır. Süni gül alan yoxdur”.

Satıcılar deyirlər ki, 8 Mart ərəfəsində dibçək gülü alanlar da var:

“Dibçək güllərinin qiyməti 5-7 manatdır. Həmçinin kala, lalə, pion, suzanbağı güllərinə də tələbat olur. Yerli güllərin özünün spesifik gözəlliyi var. Bazarımız da pis deyil. Ancaq qışda bir az zəifləyir. Buna görə yerli güllərdən az istifadə olunur”.

Onlar qeyd edirlər ki, güllər, əsasən, Niderland, İran və  Türkiyədən gətirilir. Bayramda ən çox tələbat olan isə qızılgül, lalə, pion və qarışıq güllərdir, bayram münasibətilə əvvəlki günlərə nisbətən qiymətlərin qalxması isə normaldır.

Digər gül salonunda isə alıcıların çox olduğu bildirilib:

“Alıcılar çoxdur. İstəkləri də müxtəlifdir. Gülün sortuna görə qiymət dəyişir. Zanbağın bir ədədinin qiyməti 3 manatdan başlayır, 6 manata qədərdir. Qızılgüllərin qiyməti 5 manatdan başlayır, 12 manatadək yüksəlir. Orxideya 25 manatadır. Sortuna görə dəyişir. Görünür, sabaha gül qalmayacaq.

Bir qızılgülü 12 manata almağınız o demək deyil ki, sizi aldadıblar. Gülü baha almamısınız, sadəcə, baha olanını seçmisiniz”.

Əziz xanımlar! Bayramınız mübarək!

Nəzrin Vahid

 

Son xəbərlər

Nərimanov
Bu gün, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Bu gün, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Bu gün, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Bu gün, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Bu gün, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
22 oktyabr 2026, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
22 oktyabr 2026, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Oxşar xəbərlər