top
Ağcabədidə evdə qumbaranın partlaması nəticəsində yaralananların son durumu açıqlanıb - YENİLƏNİB
31 yanvar 2025, 02:39
- ↺ +

Ağcabədidə evdə qumbaranın partlaması nəticəsində yaralananların son durumu açıqlanıb - YENİLƏNİB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün saat 11:30 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində baş verən partlayış səbəbilə xəsarət alan 2 nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Bakuplus.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, onlardan 1985-ci il təvəllüdlü qadına aşağı ətrafın qapalı travması, 2014-cü il təvəllüdlü azyaşlı qıza isə aşağı ətrafın sıyrılmış-deşilmiş yarası diaqnozları təyin olunub.

Qeyd olunub ki, xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicələri davam etdirilir.

Hazırda hər ikisinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Xatırladaq ki, evdə əl qumbarasının partlaması nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

***

12:56

Ağcabədidə qumbaranın partlaması nəticəsində 5 nəfərin öldüyü hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Report.аz xəbər verir ki, azyaşlı uşaq Hindarx qəsəbəsi ərazisində oynayan zaman qumbara tapıb. O, qumbaranı evə gətirib və ailə üzvlərinə verən zaman qumbara açılıb və bu zaman partlayış baş verib.
Nəticədə Quliyeva Fatimə, Quliyev Bəhruz, Məmmədli Məhəmməd, Məmmədli Murad, Quliyev Şamiq həlak olublar.
Məmmədli Ülviyyə, Quliyeva Aysun, Quliyev Natiq isə yaralanıb.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub, araşdırma aparılır.

Baş Prokurorluqdan verilən məlumata görə, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.

***

12:40

Bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində əl qumbarası partlayıb.

Tns.az xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Ölən və yaralananlar bir ailənin üzvləri olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Bu gün, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Bu gün, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Bu gün, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Bu gün, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Bu gün, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Bu gün, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Bu gün, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Bu gün, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Bu gün, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Bu gün, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Bu gün, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Bu gün, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Oxşar xəbərlər