Yasamal rayonunda atmosferi çirkləndirən obyekt cərimələnib. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
Azərbaycan Milli Elmlər Akademiyasının qarşısındakı parkda səyyar iaşə xidməti göstərən obyektdən havaya tüstü və qoxunun yayılması ilə bağlı şikayət daxil olub.
Ərazidə monitorinq aparılıb və şikayət öz təsdiqini tapıb. Faktla bağlı səyyar iaşə obyektinin istifadəçisi Orhan Rüstəmzadə barəsində akt, protokol tərtib olunub.