top
Azərbaycanın ilk reperi – Anar Nağılbazın doğum günüdür
28 mart 2025, 00:10
- ↺ +

Azərbaycanın ilk reperi – Anar Nağılbazın doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün məşhur reper Anar Cəbiyevin (Nağılbaz) doğum günüdür.

Anar Nağılbaz 1974-ci il, martın 28-də Bakıda keçmiş millət vəkili Rizvan Cəbiyevin ailəsində dünyaya gəlib. Atası onun jurnalist olmasını istəyirdi. Ancaq Anar öz istəyi ilə Mədəniyyət və İncəsənət Universitetinin televiziya rejissorluğu fakültəsinə qəbul olub.
1990-cı ildə rep karyerasına başlayıb. İlk dəfə Krımda “Artek” düşərgəsində rep deyib və Azərbaycanın ilk reperi kimi tarixə düşüb.
Anar bir müddət ədəbi yaradıcılıqla da məşğul olub. Nağıllar yazır və bu səbəblə də özünə Nağılbaz təxəllüsü götürür.

Anar Nağılbaz həm də teatr səhnələrində öz istedadını göstərib. Onun “Meşə nağılı” tamaşasında Mixail Qorbaçovu donuz, Azərbaycanı isə qurd obrazı kimi canlandırmağı tamaşaçılara həddən artıq maraqlı gəlmişdi. 1993–1995-ci illərdə “Naxçıvan" qəzetinin müxbiri olub.

Bundan başqa Anar Nağılbaz kino sahəsinə də daxil olub. Onun diplom işi sayılan “Bakı oğrusu” filmi konsertlərdən yığdığı pulların sayəsində ekranlaşdırılmışdı.

Anar Nağılbazın şəxsi həyatı da yaradıcılığı kimi xeyli müzakirə mövzusuna çevrilmişdi. Reper ilk dəfə 2000-ci ildə bir milyarderin qızı ilə nişanlanıb. Lakin bu münasibət uzun müddət davam etməyib. Hər iki tərəfin razılığı ilə nişan pozulub. Daha sonra Anjelika adlı bir xanımla sevgili olan Anar Nağılbaz onunla ailə qurmaq istəyir. Ancaq qızın ailəsi bu münasibətə razı olmur. Anjelikanın ailə üzvləri toy məclisində iştirak etmir. Anarla Anjelika bütün çətinliklərə baxmayaraq, evlənirlər. Təəssüf ki, daha sonra ailəni saxlamaq mümkün olmur. Anarın içkiyə qurşanması hər şeyi məhv edir. Anjelika iki övladını da götürüb Anarı tərk edir.
Reper 2015-ci ildə Azərbaycanı tərk edib Çexiyada mühacir həyatı yaşayıb. 2018-ci ildə yenidən vətənə qayıdan Anar Nağılbaz mediadan gizli şəkildə toy eləyir, Aytən adlı xanımla evlənir. Lakin bu səfər də onun ailə həyatı uğurlu olmur. Rəsmi nikahdan sonra Aytən xanım Anar Nağılbazı tərk edib Bakıdan gedir. Reperin anasının müsahibəsində dediyinə görə, onun gəlini xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Üst-üstə ağır günlər yaşayan və ictimai qınağa məruz qalan Anar Nağılbaz 2017-ci ildə ağır psixoloji sarsıntı, stress keçirib. Bundan bir il sonra, 2018-ci ildə o, dünyasını dəyişib.

Son xəbərlər

Nərimanov
Bu gün, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Bu gün, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Bu gün, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Bu gün, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Bu gün, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
22 oktyabr 2026, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
22 oktyabr 2026, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Oxşar xəbərlər