top
Əli Nur “Azdrama”dakı davadan danışdı - YENİLƏNİB
08 aprel 2025, 03:44
- ↺ +

Əli Nur “Azdrama”dakı davadan danışdı - YENİLƏNİB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Milli Akademik Dram Teatrının aktyoru Əli Nur teatrda dava baş verməsi ilə bağlı səslənən iddialara münasibət bildirib.

Modern.az-a açıqlama verən aktyor qeyd edib ki, teatr rəsmi olaraq hər şeyi izah edib, teatrda heç bir davadan söhbət gedə bilməz.

"Niyə belə qələmə verirlər, bilmirəm. Ağ yalandır. Teatr dava yeri deyil, yaradıcılıq məkanıdır. Bədii Şuranın iclasında rejissor işi, aktyor oyunu haqqında mübahisə oldu. Yaradıcılıq işində mübahisə həmişə mümkündür. Xahiş edirəm, məni bir də bu məsələ ilə bağlı narahat etməyin. Belə şeyləri şişirtməyin. Teatrımızın uğurları haqqında yazın, biz də oxuyub sevinək" - deyə Xalq artisti sonda qeyd edib.

***

13:19

Əməkdar artist Mehriban Xanlarova Akademik Milli Dram Teatrının (“Azdrama”) səhnə arxasında əlbəyaxa dava ilə bağlı Bakuplus.az-a açıqlama verib.
Bildirib ki, bu savaşın, hücumun mərkəzində Mehriban Ələkbərzadə dayanır:

“O, “Azdrama”ya bədii rəhbər təyin olunandan bu yana teatrımızda sakitlik yoxdur. Hər gün bir narazılıq, bir intriqa, bir qalmaqal baş verir... Hər zaman bütün mübahisələrin, söz-söhbətlərin başında onun adı keçir. Aktyor bədii rəhbərin otağından ağlayaraq çıxırsa, bu artıq şəxsi eqonun sənətə zərbə vurmasıdır”.

“Həmin aktyorları sakitləşdirən yenə bizim direktorumuz İlham Əsgərov olur. İlham müəllim olmasa, bu günə qədər teatr tamam çökərdi. Lakin vəziyyət getdikcə ağırlaşır. Mehriban Ələkbərzadə fəaliyyətinin nəticəsi olaraq şəhid qızını təhqir edir, şəhid atasını döyülməyə məruz qoyur. Mehriban Ələkbərzadə vəzifəsindən dərhal azad edilməlidir”, - deyə M.Xanlarova fikrini tamamlayıb.

Nəzrin Vahid

***

11:29

Akademik Milli Dram Teatrının (Azdrama) səhnə arxasında əlbəyaxa dava baş verib.

Bu barədə Qaynarinfo.az-a sözügedən teatrın aktyorları məlumat verib.

Onların bildirdiyinə görə, davaya səbəb kənar teatrların aktyor və rejissorlarının Akademik Milli Dram Teatrına dəvət edilməsinə etiraz olub.

Dava teatrın bədii şurasının iclasında baş verib. Xalq artisti Əli Nur çıxışı zamanı başqa teatrdan dəvət olunan aktyor və rejissorlara etiraz edib. Aktyor deyib ki, "Azdrama"ya təsadüfi rejissorlar dəvət etmək olmaz və bununla bağlı fikrini təhlil edib. Mübahisə yaranıb və aktyorlardan bir neçəsi Əli Nurun üstünə hücuma keçərək ona yumruq atıblar.

Vəziyyətin dramatik həddə çatacağını görən Xalq artisti Sabir Məmmədov hadisəyə biganə qala bilməyib. Sabir Məmmədov və teatrın direktoru İlham Əsgərov dava edənləri qucaqlayaraq iclas otağından çıxardaraq hadisə yerindən uzaqlaşdırıblar.

Aktyorlaq bildirir ki, teatrın bədii şurasında belə hadisə 150 ildə ilk dəfə baş verib.

Xalq artisti Əli Nur baş verən hadisə ilə bağlı Respublika Prokurorluğuna şikayət edib. Hadisə araşdırılır.

Son xəbərlər

Nərimanov
Bu gün, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Bu gün, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Bu gün, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Bu gün, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Bu gün, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
22 oktyabr 2026, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
22 oktyabr 2026, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Oxşar xəbərlər