Paytaxtın Suraxanı rayonunun bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
“Azəriqaz”dan Bakuplus.az-a verilən məlumata görə, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 31.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Məlumata görə, Suraxanı rayonunun (Məşədi Əzizbəyov, Göl, Vahid Xəlilov və 14 iyul küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.