top
“Bayrama görə həyat yoldaşıma 1000 manat verdim, dedim, xərclə” – Qadınlardan 300 məktub alan Xalq artisti ilə MÜSAHİBƏ
07 mart 2025, 06:58
- ↺ +

“Bayrama görə həyat yoldaşıma 1000 manat verdim, dedim, xərclə” – Qadınlardan 300 məktub alan Xalq artisti ilə MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Musavat.com-un həmsöhbəti Xalq artisti Tariyel Qasımovdur. 86 yaşlı aktyor hazırda Ağstafada yaşayır.

- Tariyel bəy, 8 Mart öncəsi əhvalınız necədir?

- Qadın tərəfdən həm qohumlarım, həm də dostlarım çoxdur. Yaxşı xərcim çıxır. Ya qonaqlıq verirəm, ya da pul göndərirəm.

- Bakıya tez-tez gəlib-gedirsiniz?

- Tez-tez gəlib-gedirəm, martın 11-də də Bakıya gələcəyəm. Heydər Əliyev Sarayında keçirilən böyük tədbirdə iştirak edəcəyəm. Həmçinin dövlət televiziyasında qonaq olacağam.

- Bəs teatr və tamaşalar? Onlarsız darıxmırsınız?

- O qədər rollar oynamışam ki, artıq doymuşam, darıxmıram. İncəsənət üçün nə lazımdırsa, etmişəm.

- Ağstafada tək yaşayırsınız?

- Ağstafanın icra başçısı yubileyimdə mənə 6 sot torpaq verdi. Həmin ərazidə ev tikmişəm. İndi yoldaşımla birgə həmin evdə yaşayıram. İnsan yaşa dolduqca doğulduğu yerdə olmaq istəyir. Burada yaxşı insanlar var, günüm əla keçir. Qoca kişilər yığışıb nərd oynayırıq. İcra hakimiyyəti məni bəzən tədbirlərə çağırır. Bir sözlə, Bakı üçün darıxmıram.

- Bakıdan qonaqlarınız olurmu? Dostlarınızdan sizi kimlər ziyarət edir?

- Bakıdan qonaqlarım olur, onlara burada balıq qonaqlığı verirəm. Kür çayının kənarında restoran var, onlar balığı tutub bişirirlər.

Bir dəfə evdə oturmuşdum, məni həmin restorana çağırdılar. Gedib gördüm ki, xeyli polis oraya yığışıb. Sən demə, məni televizorda görüblər və mərc ediblər. Biri deyib, Tariyel müəllim filan rolu oynayıb, digəri deyib oynamayıb. Onlardan biri uduzmuşdu. Uduzan polis polkovniklərlə birgə Ağstafaya gəlib ki, həm mənə, həm də onlara qonaqlıq versin. Beləliklə, yedik, içdik sağollaşdıq.

- Siz özünüz balıq ovuna gedirsiniz?

- Xeyr, amma balıq yeməyi xoşlayıram, hər gün yeyərəm.

- 86 yaş bir igid ömrüdür. Uzunömürlülük genetikdir sizdə, yoxsa sağlam yaşamaqla əlaqədardır?

- Özümü 86 yaşda hiss etmirəm. Hərdən deyirlər ki, qoca kişisən, bu nə hərəkətdir. Hərtərəfli cavanlıq edirəm. Özümü orta yaşlı insan kimi hiss edirəm.

- Qohum xanımlarınıza pul göndərdiyinizi dediniz. Bəs həyat yoldaşınıza nə almağı fikirləşirsiniz?

- Bu gün həyat yoldaşıma 8 Mart münasibətilə 1000 manat pul verdim. O da çox razı qaldı.

- İndi çətin zəmanədir. Hər kişi həyat yoldaşına 8 Mart münasibəti ilə bu qədər pulu verə bilmir. Siz bu qədər məbləği necə toplaya bildiniz?

- Hər ay 1500 manat Prezident təqaüdü alıram. Ondan əlavə, 640 manat pensiya alıram. Xalq artisti olduğuma görə isə 200 manat verirlər mənə. Hər ay mənim 2500-dən çox pulum olur. Onun min manatını xanımıma bağışlamayım?!

- Çox səxavətli kişisiniz.

- Bəs necə olmalıyam ki...

- Bakıya gələndə sənət yoldaşlarınızla görüşürsünüzmü? Teatra gedirsiniz?

- Tamaşa olanda mütləq gedib baxıram. Sənət yoldaşlarımdan isə kimi çox istəyirəmsə, onlara zəng edib deyirəm ki, Bakıdayam, görüşək. Gəlirlər və onlara qonaqlıq verirəm.

- Sənət yoldaşlarınızdan kimlərlə dostsunuz?

- Ən yaxın, qardaş kimi çox istədiyim iki nəfər idi. Onlardan biri Şahmar Ələkbərov, digəri isə Həsən Əbluc idi. Hər ikisi dünyasını dəyişib, indi Yasin Qarayevlə dostluq edirəm.

- Mənə müsahibənizdə demişdiniz ki, gənclik illərinizdə xanımlardan 300-ə yaxın məktub almısınız. O illərin həsrətini çəkirsinizmi?

- O məktubların hamısı durur. Həmişə həyatımdan razı qalmışam. Çox az əziyyət çəkmişəm. Ən məşhur aktyor olmuşam, sovet dövründə Almaniyada ikiseriyalı filmə çəkilmişəm. Xeyli sayda filmdə obraz yaratmışam. Mən xoşbəxt aktyor və xoşbəxt insan olmuşam. İnsanlara yaxşılıq etmişəm. Kim mənə müraciət edibsə, onun işini həll etmişəm. Belə olan halda niyə özümü xoşbəxt hiss etməyim ki...

 

Son xəbərlər

Nərimanov
Bu gün, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Bu gün, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Bu gün, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Bu gün, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Bu gün, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
22 oktyabr 2026, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
22 oktyabr 2026, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Oxşar xəbərlər