Bakının Biləcəri qəsəbəsi, Teymur Yaqubov küçəsi, 20-də yerləşən bina qəzalı vəziyyətdədir və dağılmaq təhlükəsindədir. Bu haqda bu gün, 30 noyabr tarixində Bakuplus.az ARB Media-ya istinadən xəbər verir.
Sakinlərin sözlərinə görə, tikili qəzalı vəziyyətdə olduğuna görə onlar orada yaşamaqdan qorxurlar. Tikilinin bütün divarlarında və damda çatlar əmələ gəlib. Məhz bu səbəbdən yağışlı havada bütün evlərə su dolur.
Yerli sakinlər deyirlər ki, vaxtilə bina tövlə kimi istifadə olunub.
Binanın qəzalı vəziyyətinə baxmayaraq, vətəndaşlar burada məskunlaşıblar. Hər bir sakinə evin sənədi verilib.
Bununla yanaşı, binalar bir birinə sıx olduğuna görə həyətə nə təcili yardım, nə yanğınsöndürmə maşınları daxil ola bilir.
Vətəndaşlar bir neçə dəfə bələdiyyəyə müraciət ediblər. Lakin problem öz həllini tapmayıb.