top
Bir tərəfdə Şərurlu İsfəndiyar, o biri tərəfdə - Eynşteynlə Rumi 
07 aprel 2025, 00:20
- ↺ +

Bir tərəfdə "Şərurlu İsfəndiyar", o biri tərəfdə - Eynşteynlə Rumi 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Bir dəli quyuya daş atdı, yüz ağıllı çıxarda bilmədi”. Son günlər bu atalar misalını tez-tez xatırlamalı oluruq. “Şərur" MTK-nın sədri, "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundov gündəmi zəbt edib. Onun müsahibə zamanı səsləndirdiyi bəzi fikirlər ictimaiyyətdə kəskin reaksiyalara səbəb olub. Hərçənd "Şərurlu İsfəndiyar", əslində, qeyri-adi və yeni heç nə deməyib. Onun bisavad, hətta hərf tanımadığını əzəldən də bilirdik. Dünyagörüşünün dayazlığı da sirr deyildi. Bəlkə, özünü “çoban” adlandırmağı bir qədər yeni oldu. Və ya ixtiyarı olacağı təqdirdə bütün məscidləri sökdürüb yerində məktəb tikdirmək planları qəribə səsləndi. Amma ümumilikdə bu insanı Azərbaycanda tanımayan, onun qabında olduqlarına (ya olmadıqlarına) bələd olmayan birisini tapmaq çətindir.

O zaman, cənablar, bu saçyoldu, üzcırma və sinəvurma nə mənədir? Axı mövzu o mövzu deyil. "Şərurlu İsfəndiyar"ı hansı prinsipləri əsas tutub müsahib seçmisiniz? Pulu çoxdur, xub. Sonra... Sonra – heç nə. Yəni, müsbət mənada heç nə. Mənfilərini axtarmağa qalxsaq, o başqa məsələ. Ancaq mənfi xüsusiyyətlərə görə də müsahib seçilib gündəmə gətirilməz. “Hayp” tutmaq istəyirsinizsə (bu daha çox inandırıcı görünür) – o başqa. Bu baxımdan "Şərurlu İsfəndiyar"ın hansısa mətbu orqanında müsahib kimi görüntülənməsi təəccüblü deyil. Əsla! Təəccüblü onun söylədiklərinə ciddi-ciddi verilən reaksiyadır! Biri deyir qalmışıq çobanın əlində, biri deyir məktəb tikmək üçün məscid sökmək mütləq deyil, biri ritorik sual verir ki, neçə təhsil ocağı tikdirmisən indiyə kimi... Cənablar, bir qədər ciddi olmağın zamanı çatmayıbmı? Axı indiyə qədər "Şərurlu İsfəndiyar" dəfələrlə medianın diqqətinə düşüb. Ancaq hansı mətləblərlə? Məsələn, illər öncə iş adamının oğlunun universitetə 650 min dollarlıq maşınla getməsi barədə xəbərlər yayılaraq müzakirələrə səbəb olmuşdu. Daha sonra biznesmen özü də bu faktı təsdiqləmişdi: "Lamborghini" də var, "Ferrari" də, lap hələ "Bentley" də. Cavan adamdır. İstəyir, sürsün də. Biz işləyirik və qazanırıq. Mənim özümün də maşınım "Lexus"dur”.  Daha sonra tikinti maqnatının oğlanları Allahverdi və Şahin Axundovlar sosial şəbəkələrdə “200” seriyalı lüks maşınların fotolarını paylaşaraq gündəmə gəlmişdilər. Qardaşların “Bentley” kolleksiyası daim mətbuatın diqqətində olub. Onların içərisində “Lamborghini Aventador”, “Ferrari 458 Speciale”, “Mercedes”, “Maseratti”, “Audi” və qeyd etdiyimiz kimi, “Bentley” vardı.  Bu maşınların start qiyməti 300 mindən başlayır və 800 minə kimi qalxır. Bax, belə xəbərlər – hə, "Şərurlu İsfəndiyar" simasına, adına uyğun bir şeylərdir. Yoxsa ki, hərf tanımayan, özünü “çoban” adlandıran biri ilə qalxıb hansısa uca mətləblərdən, mənəvi çalarlardan, hansısa ruhani hissiyyatlardan danışmaq, söhbəti bu səmtə aparmaq, ondan az qala Eynşteynin Nisbilik Nəzəriyyəsini “ne prav” çıxarmağı, Cəlaləddin Ruminin “Məsnəvi”sini kölgədə qoyacaq əsər yaratmağı, Hacı Zeynalabdin Tağıyevi mesenatlıqda ötəcəyini gözləmək... Yaraşmır axı, yaraşmır. Nə özünü media kimi təqdim edənlərə, nə də, elə "Şərurlu İsfəndiyar"a. Gəlin əndazəni aşmayaq. Kiminsə pulu var deyə onu insanlığın etalonu, elita nümayəndəsi və cəmiyyətin qaymağı kimi təqdim edib, qarşımızdakından da müvafiq davranış gözləməyək, onda, əslində, ona yad olan, onda heç zaman olmayan və ola bilməyəcək xüsusiyyətlər axtarmayaq. Ağa ağ, qaraya qara deyə bilmiriksə, heç olmasa susaq. Bizi ki dilimizdən heç kim dartıb məcbur etmir.

Sara Məmmədli 

Son xəbərlər

Nərimanov
Bu gün, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Bu gün, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Bu gün, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Bu gün, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Bu gün, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
22 oktyabr 2026, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
22 oktyabr 2026, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Oxşar xəbərlər