top
Bu gün görkəmli aktrisa Şəfiqə Məmmədovanın 80 yaşı tamam olur
29 mart 2025, 23:00
- ↺ +

Bu gün görkəmli aktrisa Şəfiqə Məmmədovanın 80 yaşı tamam olur

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycanın Xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, “Şərəf” ordenli Şəfiqə Məmmədovanın doğum günüdür.

Bakuplus.az xəbər verir ki, görkəmli sənətkar 80 yaşını qeyd edir.

Şəfiqə Məmmədova 1945-ci ildə Dağıstanın Dərbənd şəhərində doğulub. 1968-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib.

1980-ci ildə Anarın “Şəhərin yay günləri” pyesinin tamaşasındakı Dilarə roluna görə Azərbaycan Dövlət mükafatına, Rasim Ocaqovun 1981-ci ildə çəkdiyi “İstintaq” filmindəki müstəntiqin arvadı obrazına görə isə SSRİ Dövlət mükafatına layiq görülüb.
1968-ci ildən Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. Aktrisa U.Şeksprin “Hamlet” (Gertruda), Aleksandr Şirvanzadənin “Nakam qız” (Sona), L.Tolstoyun “Canlı meyit” (Maşa), H.Cavidin “Xəyyam” (Sevda), C.Məmmədquluzadənin “Dəli yığıncağı” (Pırpız Sona) və s. pyeslərində cazibədar səhnə obrazları yaradıb.
Şəfiqə Məmmədovanın Akademik Milli Dram Teatrının səhnəsində ifa etdiyi obrazlar bu gün də yaddaşlardadır. Ş.Məmmədova yaradıcılığının parlaq dövründə, 1980-ci ildə teatrdan uzaqlaşıb və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (keçmiş Teatr İnstitutu) pedaqoji fəaliyyətə başlayıb.

Şəfiqə Məmmədovanın kino yaradıcılığı da, maraqlı obrazlarla zəngin olub. “Qaraca Qız”, “Dədə Qorqud”, “İstintaq”, “Bizim Cəbiş müəllim”, “Ad günü”, “Xoşbəxtlik qayğıları” və. s. bədii filmlərində maraqlı qadın obrazlarını ifa edib.

Azərbaycan tamaşaçısı onu ən çox “Bizim Cəbiş müəllim" filmində yaratdığı obrazla tanıyır. O, bu obrazı o qədər təbii və inandırıcı oynayıb ki, onun iştirak etdiyi epizodlara baxanda tamaşaçı film izlədiyini yaddan çıxarır, ağır müharibə illərində Bakı ailələrindən birinin qonağı olub mürəkkəb məişət, yaşam, düşüncə paradiqmalarını həmin illərin adamları ilə birgə yaşayır.
Şəfiqə Məmmədova Azərbaycanın görkəmli teatr rejissoru Mehdi Məmmədovun həyat yoldaşı olub. Mehdi Məmmədovla birgə nikahından Ülvi adlı oğlu var. Ülvi Mehdi də valideynlərinin sənət ömrünü davam etdirir. Kinossenarist kimi fəaliyyət göstərir.
Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Şəfiqə Məmmədova “İstiqlal” ordeni ilə təltif edilib.

Son xəbərlər

Nərimanov
Bu gün, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Bu gün, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Bu gün, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Bu gün, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Bu gün, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
22 oktyabr 2026, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
22 oktyabr 2026, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Oxşar xəbərlər