Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində qazın verilişi dayandırılıb. Bu haqda bu gün, 11 avqust tarixində Bakuplus.az məlumat verir.
Qaz təchizatının dayandırılmasına səbəb yeraltı xətdə olan sızmadır.
Hazırda hadisə yerində “Azəriqaz” İB-nin briqadası təmir işləri aparır. İşlərin günün sonunadək başa çatdırılması nəzərdə tutulub.