Bakının Buzovna kəndində çimərlikdə təhlükəli vəziyyət yaranıb. Çimərliyin sahili neft tullantıları ilə çirklənib. Bu haqda bu gün, 13 avqust tarixində Oxu.az məlumat verir.
Bildirilir ki, “Buz Bar” restoranının ərazisində çirklənmə xüsusilə nəzərə çarpır.
Buna baxmayaraq, çimərliyi ziyarət edənlər dənizdə üzməkdən qorxmurlar.