Xəzər rayonu, Buzovna qəsəbəsində sökülən qanunsuz tikililərin qalıqlarının təmizlənməsi prosesi davam etdirilir. Bu haqda BakuPlus.az Oxu.az-a istinadən bu gün, 16 avqust tarixində xəbər verir.
Xəzər Rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyindən bildirilib ki, Buzovna çimərliyinin ərazisində aparılan təmizlik işləri Bakı şəhəri və Xəzər Rayon İcra Hakimiyyətinin nəzarəti altında davam etdirilir.
Texnikanın dağıtdığı tikintilərin qalıqları şəhər və rayonun Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən təmizlənir.
Ərazidə canlı qüvvə ilə yanaşı, texnikalardan da istifadə edilir.
[caption id="attachment_59222" align="alignnone" width="800"]
Foto Oxu.az saytı[/caption]