top
“Dedi getmə, ana, sənə söz demək istəyirəm” - Nazpəri Dostəliyeva
09 mart 2025, 01:40
- ↺ +

“Dedi getmə, ana, sənə söz demək istəyirəm” - Nazpəri Dostəliyeva

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Allahımdan xahiş edirəm ki, məni tez övladıma qovuşdursun. Biz Allaha üsyan etməməliyik. Bir müddət qapını bağlayıb tək qalıram ki, məni o cür heç kim görməsin. Hayqırmaq, çığırmaq istəyirəm ki, səsim Allaha qədər çatsın. Çatsın ki, mən niyə bu səhnədəyəm? 1 il yanımda kimisə görmək istəmədim. Gecələr qaçırdım dənizə, elə bağırırdım. Amma Allah mənə güc verdi. Lakin o vulkan içimdə sönmür. Bəzən deyib-gülürəm. Amma o vulkan elə anımda dartır məni ki, sənin sevinməyə haqqın yoxdur".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Həftənin qonağı" verilişində deyib. O, dünyasını dəyişən oğlu Əlinin son sözlərini belə xatırlayır:

"Balam dünyasını dəyişəndə mənə üç söz dedi. Halı yox idi, baxdı mənə. Birdən-birə infarkt oldu. Özü başa düşürdü. Amma mən yox. Mədəsində ağrı olduğunu dedi. Plovu çox yedim, özümü pis hiss edirəm, söyləyib uzandı. Dedi özümü yaxşı hiss etmirəm, su istəyirəm. Evdə də bacım qonaqlarımız var. Dedi, o stakana buz əlavə et. Cavab verdim ki, soyuq olar sənə. Dedi ki, ürəyim yanır, su istəyirəm. Suyu içdi, dedi getmə, ana, sənə söz demək istəyirəm. Mən oturmuşdum, o, isə uzanmışdı. Başını qucağıma aldım. Söylədi ki, ana, bizim əziyyətimizi çox çəkmisən, haqqını mənə halal et. Bu sözü xoşuma gəlmədi. Dedim o nə sözdür, halaldır. Söylədi ki, Tamerlanı (Əlinin oğlu - red.) sənə ümid oluram. Bir də dedi, heç vaxt səhnəyə qanıqara çıxma, səhnəni buraxma, bu sözlərimi qulağında sırğa kimi saxla. Fikirləşirdim ki, uşaqdır, zarafat edir. Amma bilmirəm niyə deyir. Sən demə o bilirmiş, getdiyi anı görür. Amma mən getdiyini görmürəm. Biz onu ciddiyə almadıq ki, bu, onun son sözləri olar. Ondan sonrasını danışmaq istəmirəm. Amma hər səhnəyə çıxanda Əlinin o sözləri qulağımdadır: Səni sevənlərin gözünü yolda qoyma, səhnəyə çıx, hər zaman şən əhval-ruhiyədə ol, dostumuz-düşmənimiz var. Başa düşmürdüm ki, bunları niyə deyir. Nə vaxt səhnəyə çıxıram, o səs qulağımdadır, elə bil dünən deyib".

Qeyd edək ki, N.Dostəliyevanın böyük oğlu Əli 2021-ci ildə 41 yaşında ürək çatışmazlığından vəfat edib. O, həyat yoldaşından bir neçə il əvvəl ayrılmışdı.

Son xəbərlər

Nərimanov
Bu gün, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Bu gün, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Bu gün, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Bu gün, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Bu gün, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
22 oktyabr 2026, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
22 oktyabr 2026, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Oxşar xəbərlər