Aktyorlar Nicat Rəhimov, Elşən Orucov və İlkin Həsəni bir müddət əvvəl dünyasını dəyişən dostları Azər Baxşəliyevlə bağlı paylaşım edib.
Bakuplus.az xəbər verir ki, onlar Azərin ölümündən 1 ay keçdiyini bildiriblər.
Elşən paylaşımına "1 aydır yoxsan, görmürəm. Necəsən?" sözlərini yazıb.
İlkin isə Azərlə olan fotolarını paylaşaraq "1 ay oldu" deyə qeyd edib.
Həmçinin aktyor Nicat Rəhimov da Azərlə bağlı paylaşım edib. Belə ki, o da dostunun şəklini yayımlayaraq "30 gün oldu, əziz dostum" sözlərini əlavə edib.
Xatırladaq ki, Azər uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. O, ötən ay dünyasını dəyişib.