top
Dünən mükafatlandırılan gənc arxeoloq kimdir? - FOTO 
01 fevral 2025, 07:35
- ↺ +

Dünən mükafatlandırılan gənc arxeoloq kimdir? - FOTO 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən gün dövlət başçısı 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

Qafqazinfo.az xəbər verir ki, mükafata layiq görülmüş gənclərin sırasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi və doktorantı Ağalarov Mircavid Elşad oğlu da yer alıb.

O, 2020-ci ildə Azərbaycan Universitetinin Humanitar fənnlər fakültəsinin magistr pilləsinə daxil olub. 2022-ci ildə isə AMEA Arxeologiya və Antropologiya İnstitutunun əyani doktoranturasına qəbul olub, “Azərbaycanın Arxeoloji irsində Səlcuq dövrü fayans məmulatı” adlı fəlsəfə doktoru dissertasiyası üzrə tədqiqata başlayıb. 2023-cü ildən isə İnstitutun Elmi fond və ekspozisiya şöbəsində yarımştat olaraq fəaliyyətə başlayıb, hazırda da həmin şöbənin elmi işçisidir.

Mircavid Ağayevin arxeologiya elminə marağı tələbə vaxtlarından yaranıb, 2017 və 2018-ci illərdə Oksford Universiteti ilə Moskva Dövlət Universitetinin Bakı filialının birgə layihəsi olan AEB2017 və AEB2018 (Bərdənin Arxeoloji tədqiqi) layihələrində, eyni zamanda arxeologiyaya aid müxtəlif beynəlxalq elmi tədbirlərdə iştirak edib, “Erasmus+” layihəsinin iştirakçısı olub. Arxeologiya və Antropologiya İnstitutuna qəbul olduğu gündən isə İnstitutun təşkil etdiyi müxtəlif ekspedisiyalarda elmi heyət üzvü olub.

M.Ağayev Vətən müharibəsi nəticəsində azad olunmuş bölgələrdə, əsasən Ağdam rayonundakı Çinartəpə çoxtəbəqəli qədim yaşayış yeri və Zəngilan rayonunda yerləşmiş Şəhri-Şərifan şəhər yeri də daxil olmaqla 11 fərqli çöl tədqiqatının iştirakçısı olub.

2022 və 2024-cü illərdə Azərbaycan-Almaniya birgə layihəsi olan LKREP( Qarabağ Düzənliyinin tədqiqi və qazıntısı) layihəsində, YUNESCO-nun İpək yolu Onlayn Platform proqramının  “Gəncənin IX-XV əsrlər şirli keramikası” adlı elmi layihədə, Avropa Birliyinin COST proqramının Gametable layihəsində iştirak edib, hazırda da bir neçə layihənin iştirakçısıdır. O, ABŞ, İngiltərə, Fransa, Türkiyə, Rusiya, Qırğızıstan, Qazaxıstan daxil olmaqla dünyanın müxtəlif ölkələrində keçirilən konfranslarda Arxeologiya və Antropologiya İnstitutunu təmsil edib.

İxtisasını, xarici ölkələrdə keçdiyi ixtisas təkmiləşdirmə kurslarını, əldə etdiyi təcrübələri, apardığı uğurlu araşdırmaları, arxeologiya elminə olan həvəsini və elmi səviyyəsini nəzərə alaraq, AMEA rəhbərliyi Ağalarov Mircavid Elşad oğlunu namizədliyini Gənclər üçün Prezident Mükafatına təqdim edib.

Gənc arxeoloqun mükafata layiq görülməsi Prezident İlham Əliyevin arxeologiya elminə olan diqqətinin və qayğısının bariz göstəricisidir.

 

Son xəbərlər

Xəbər
Bu gün, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Bu gün, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Bu gün, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Bu gün, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Bu gün, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Bu gün, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Bu gün, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Bu gün, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Bu gün, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Bu gün, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Bu gün, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Bu gün, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Bu gün, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Oxşar xəbərlər