top
Elektron reseptə qoşulmaq qaydası necədir?
05 fevral 2025, 05:57
- ↺ +

Elektron reseptə qoşulmaq qaydası necədir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Elektron resept tətbiqi həkimlər, vətəndaşlar və əczaçılar tərəfindən vahid bir sistem şəklində istifadə üçün nəzərdə tutulub və həmin tətbiqə qoşulma prosesi olduqca sadədir.

Bakuplus.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova elektron reseptə qoşulmaq qaydasını şərh edərkən deyib.

Onun sözlərinə görə, bunun üçün müvafiq mobil cihazlara “Reseptim” mobil tətbiqini yükləmək kifayətdir: “Reseptim” mobil tətbiqinin əlçatanlığını təmin etmək məqsədilə 2024-cü ilin yanvar ayından etibarən Səhiyyə Nazirliyinin rəsmi internet resurslarında “Elektron Resept” tətbiqi üçün xüsusi keçidlər yerləşdirilib. Həmin keçidlərdə qeyd olunan QR kodları müvafiq mobil cihazlarla skan edərək “Reseptim” mobil tətbiqini sürətli şəkildə yükləmək mümkündür. “Reseptim” mobil tətbiqinə giriş “Digital login” vasitəsilə həyata keçirilir. Tətbiqə daxil olduqdan sonra elektron resept təyin etmək üçün “Profil seçimi” funksiyasından istifadə edənlər müvafiq olaraq həkim və ya vətəndaş profili seçməlidir. Həkimlər üçün olan profildə onlar təyin etdikləri bütün elektron reseptləri, eləcə də müayinəyə gələn pasiyentlərin siyahısını görmələri üçün imkan mövcuddur”.

Mütəxəssis bildirib ki, həkim bir neçə tibb müəssisəsində fəaliyyət göstərirsə, “Profil seçimi” funksiyası vasitəsilə resepti təyin etdiyi hazırkı tibb müəssisəsini seçməlidir. Bununla yanaşı, “Reseptim” mobil tətbiqi həkimlərə elektron reseptlərdə dərman vasitələrinin istifadə qaydalarını və doza hədlərini qeyd etmək imkanı da təqdim edir: “Vətəndaşlar “Reseptim” mobil tətbiqinə pasiyent kimi daxil olduqda, onlara elektron resept təyin etmiş həkimlərin siyahısına baxmaq, təyin edilən reseptləri izləmək, reseptləri qəbul edən apteklərin siyahısını görmək kimi funksiyalardan və dərman vasitələrinin axtarış sistemindən istifadə edə bilərlər”.

Son xəbərlər

Xəbər
Bu gün, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Bu gün, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Bu gün, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Bu gün, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Bu gün, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Bu gün, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Bu gün, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Bu gün, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Bu gün, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Bu gün, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Bu gün, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Bu gün, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Dünən, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Oxşar xəbərlər