top
Firəngiz Mütəllimova: “Sosial şəbəkələrin inkişaf etdiyi vaxtda teatrlara gələn varsa, bu, möcüzədir” – ÖZƏL MÜSAHİBƏ
27 mart 2025, 06:30
- ↺ +

Firəngiz Mütəllimova: “Sosial şəbəkələrin inkişaf etdiyi vaxtda teatrlara gələn varsa, bu, möcüzədir” – ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

1961-ci ildən bəri 27 mart Dünya Teatr Günü kimi qeyd olunur.

Əlamətdar haldır ki, Azərbaycanda Milli Teatr Günü (10 mart) də eyni aya təsadüf edir.

Dünya Teatr Günü münasibəti ilə Bakuplus.az-ın əməkdaşı Xalq artisti Firəngiz Mütəllimova ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Bu gün Beynəlxalq Teatr günüdür. Əlamətdar gün münasibəti ilə sizi təbrik edirik.

- Bəli, bu gün Beynəlxalq Teatr günüdür. Əsasən biz Milli Teatr günümüzü təmtəraqlı şəkildə qeyd edirik. Bu gün də elə bizim bayramımızdır. Dünyanın bir çox ölkələrində bu gün qeyd olunur. Bütün həmkarlarımı, teatrsevərləri bu bayram münasibəti ilə təbrik edirəm.

- Azərbaycan teatrının bugünkü səviyyəsi sizi qane edirmi?

- Pandemiyadan sonra teatra tamaşaçılar tərəfindən çox güclü bir axın var. Əvvəllər belə deyildi. Bütün tamaşalarımızı sevərək izləyənlər var. Biletlər tez bir zamanda satılır. Mənə deyirlər ki, tamaşaya gəlmək istəyirdik, lakin bilet qalmamışdı. Əslində, teatra olan marağın artması bizim hər birimizi çox sevindirir.

Hazırda Əli Əmirlinin “Varlı qadın” tamaşasının bərpası ilə məşğulam. Bəhram Osmanovun quruluşundadır. Aprelin 1-dən məşqlərimiz başlayır. Aprel ayında tamaşaçılar gəlib, bizi səhnədə görə bilərlər. Oynadığımız tamaşalar və rollar ilə çalışırıq ki, tamaşaçılarımızı sevindirək.

- Sovet dövründə nümayiş olunan teatr tamaşaları ilə indikilərin nə kimi fərqləri var?

- O vaxt sosial şəbəkələr yox idi. Telefonlar, cihazlar bu formada deyildi. Heç kimin heç nədən məlumatı olmurdu. Ancaq qəzetlərdən oxuyub, televiziyalardan görürdük. Lakin indi sosial şəbəkələr hər kəsin evindədir. Sosial şəbəkələrin bu şəkildə inkişaf etdiyi bir vaxtda teatrlara gələn varsa, könüllü olaraq sona qədər qalıb, ayağa qalxıb alqışlayırlarsa, nə xoş bizə. Buna hətta möcüzə belə demək olar.

O vaxtı tamaşaların quruluşları da tam fərqli idi. İndiki effektlər o dövrdə yox idi. İşıq sistemləri bu dərəcədə güclü deyildi. İndi, şükür Allaha, hər şey yaxşıdır. Texnika güclü inkişaf edib. Tamaşalarda da istifadə olunur. İndi tamaşalar film tipli hazırlanır.

- Teatr tamaşalarında yeni-yeni gənc aktyorları görürük. Fəaliyyətləri sizi qane edirmi?

- Bəli, çox istedadlı aktyor və aktrisalar var. Mənə elə gəlir ki, onların gələcəyi çox parlaq olacaq. Mən də baxıram, sevinirəm. Biz də başlayanda elə idik. Bu elə bir nərdivandır ki, onu pillə-pillə qalxmalısan. Mən onlara nərdivanı qalxmaqda uğur arzu edirəm. Birdən-birə yüksəlmək olmur.

- Bu günə qədər teatrda yaddaqalan rollarınız çox olub. Son dəfə hansı tamaşada rol almısınız?

- Son dəfə rol aldığım tamaşa Cəfər Cabbarlının “Almaz” tamaşasında Fatmanisə obrazı olub. Azərpaşa Nehmətovun quruluşunda idi. O rolu özüm istəyərək oynamışam. Sevə-sevə canlandırdım. Cabbarlı mükafatına da o rola görə layiq görülmüşəm.

- Sizcə, hansı tip tamaşalara daha çox üstünlük verilir?

- Bunu tamaşaçılar daha yaxşı bilərlər. Biz öz işimizi görürük. Tamaşada da nə lazımdırsa, edirik. Boynumuza düşən yükü axıra qədər daşıyırıq.

Nəzrin Vahid

Son xəbərlər

Nərimanov
Bu gün, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Bu gün, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Bu gün, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Bu gün, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Bu gün, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
22 oktyabr 2026, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
22 oktyabr 2026, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Oxşar xəbərlər