top
Günaydan FƏRQLİ ADDIM: “Məni buna ürəyim vadar etdi”
17 fevral 2025, 04:44
- ↺ +

Günaydan FƏRQLİ ADDIM: “Məni buna ürəyim vadar etdi”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tanınmış aparıcı Günay Firudinqızı maraqlı təşəbbüslə çıxış edib. O, şəxsi kitabxanasına məxsus yüzə yaxın kitabını paytaxt kitabxanalarına hədiyyə edib. Tez bir vaxtda onun bu təşəbbüsünü alqışlayan insanlar ona qoşularaq kitablarını hədiyyə etməyə qərar veriblər.

Yenicag.az-a açıqlama verən aparıcı bu layihənin bölgə kitabxanalarını da əhatə edəcəyini bildirib. Həmkarları arasında mütaliəsi ilə seçilən aparıcı deyib ki, bu gün mütaliəyə hər kəsin ehtiyacı var:

“İstəyirəm kimlərəsə faydam dəysin. Bir misal var e, varını verən utanmaz. Kitablar da mənim sərvətimdir. Əlimə düşən pula, ilk növbədə, kitab almışam, çünki bu, mənim uşaqlıqdan bəri alışdığım bir xüsusiyyətdir. İçimdən gəldi və məni buna ürəyim vadar etdi ki, şəxsi kitabxanama məxsus kitablarımın bir hissəsini kitabxanalara hədiyyə edim”.

“Çoxdankı arzum idi ki, belə bir təşəbbüs göstərim və maraqlı bir layihəyə başlayım. Artıq bu işə start verdim və paytaxt kitabxanalarından başladım. Qarşıda bölgə və kənd kitabxanalarını da unutmamışam, onlara da kitabxanamdan kitab bağışlayacağam. Onsuz da o kitabların əksəriyyətini oxumuşam. İstəyirəm, insanlara da bir faydam dəysin. Hər dəfə o kitablar oxunduqca, mən də ruhən özümü xoşbəxt hiss edəcəyəm”, – deyə o, əlavə edib.

Aparıcı qeyd edib ki, bu təşəbbüsə başladığı ilk gündən onu alqışlayan, dəstəkləyən və ona qoşulanlar da olub: “Getdikcə, bu işi daha da genişləndirmək istəyirik. Yaxın zamanlarda tanınmış insanları, ictimai-siyasi xadimlərin də bu layihəyə qoşulacağını görəcəksiniz. Çünki bu gün insanların, cəmiyyətin mütaliəyə, aydınlanmağa daha çox ehtiyac var. Bu istiqamətdə geniş planlarımız var, zamanı gəlincə, açıqlayacağam”.

Son xəbərlər

Xəbər
Bu gün, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
Bu gün, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
Bu gün, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Bu gün, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Bu gün, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Bu gün, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Bu gün, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Oxşar xəbərlər