top
Şəhərin mərkəzindəki bina sökülmək üzrədir: bəzi sakinlər köçməkdən imtina edirlər
11 avqust 2022, 04:10
- ↺ +

Şəhərin mərkəzindəki bina sökülmək üzrədir: bəzi sakinlər köçməkdən imtina edirlər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı şəhərinin mərkəzində, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 6A ünvanda yerləşən dəniz mənzərəli bina sökülmək üzrədir. Bina inşa olunaraq 2003-cü ildə təhvil verilib. 11 mərtəbəli, 33 mənzilli binada məskunlaşma da o ildən başlayıb. Bu gün isə sözügedən binanın söküntü işləri aparılır. Bu haqda 10 avqust tarixində Real TV reportaj çəkib.

Binanın söküləcəyindən ötən ilin noyabr ayından məlumatlı olduqlarını deyən sakinlər, onlara təklif olunan şərtlərlə razılaşmırlar. Dediklərindən belə başa düşülür ki, binanın sökülməsi müqabilində onlara təklif olunan məbləğ olduqca aşağıdır.

Bəzi sakinlər, söküntü işlərinə baxmayaraq, binada yaşamağa məcbur olduqlarını deyirlər. Elə 10-cu mərtəbədə yaşayan 78 yaşlı Cəmilə Məmmədova da təklif olunan şərtlərlə razılaşmayanlardandır. Hər gün təhlükəli şəraitdə aşağı qalxıb düşməsinə baxmayaraq, o, evini tərk etməyəcəyini və ona təklif olunan kompensasiya məbləğinin şəhərin mərkəzində dəniz mənzərəli ev almağa imkan vermədiyini bildirdi.

Əvvəllər bu ünvanda yerləşən qeyri-yaşayış obyektləri artıq ərazidən köçürülüb. Eləcə də binada yaşayan ailələrin əksəriyyəti də onlara təklif olunan məbləği alaraq buradan köçüblər. Ərazinin aid olduğu Xətai Rayon İcra Hakimiyyətindən (RİH) isə bildirirlər ki, Afiyəddin Cəlilov küçəsi, 6A ünvanındakı bina yaxınlığında salınması planlaşdırılan kompleksin tikintisinə mane olduğundan mütləq şəkildə sökülməli idi.

“Dövlət tərəfindən həmin binada hesablama işləri aparılmış və kompensasiya ödənilərək 32 mənzildən 24-ü köçürülmüş, və, eyni zamanda 4 qeyri-yaşayış obyekti tam olaraq köçürülmüşdür. Bu da o deməkdir ki, həmin binanın bir çox hissəsi kompensasiya ödənilərək həmin binadan köçürülmüşdür. Bildiyiniz kimi, həmin binanın ətrafında şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün Zəfər kompleksi tikiləcək və bu da Bakı şəhərində yaşayan insanların vətənpərvərlik ruhunun yüksəlməsi üçün mühüm bir rol oynayacaq”, - deyə Xətai RİH-nin şöbə müdiri Anar Tağızadə bildirib.

 

Son xəbərlər

Xəbər
Bu gün, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Bu gün, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Bu gün, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Bu gün, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Bu gün, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Bu gün, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Bu gün, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Bu gün, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Bu gün, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Bu gün, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Bu gün, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Bu gün, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Bu gün, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Oxşar xəbərlər