top
“İki xərçəng xəstəsi hicama ilə sağaldı” – Haldun Məmmədli ilə MÜSAHİBƏ
05 fevral 2025, 03:55
- ↺ +

“İki xərçəng xəstəsi hicama ilə sağaldı” – Haldun Məmmədli ilə MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son zamanlar el arasında hicama üsulu ilə müalicəyə üz tutanların sayı xeyli artıb. Hicama qançıxarma yolu ilə müalicə metodudur və vakuum bankaları vasitəsilə orqanizmdə qanaxmanı gücləndirməkdir. Bir çox xəstəliklər zamanı istifadə olunan hicamanın əsasını Çin botaniki Ci Hanici qoyub.

Lakin bu müalicə üsuluna münasibət birmənalı deyil. Xüsusən də səhiyyə işçiləri hicama üsulunu qəbul etmirlər.

Bunun səbəbi nədir? Səhiyyə işçiləri niyə hicamanı qəbul etmir? Hicama hansı xəstəlikləri sağaldır?

Shimal.news birmənalı fikirlərə və suallara cavab tapmaq üçün hicama üzrə ixtisaslaşmış Haldun Məmmədli ilə söhbətləşib.

Onunla müsahibəni təqdim edirik:

– Haldun bəy, oxucularımız üçün öncə özünüzü təqdim edin.

– Haldun Eyham oğlu Məmmədli. 1991-ci ildə İsmayıllı rayonunda anadan olmuşam.

– Neçə ildir bu işlə məşğulsunuz? Bu sahədə təhsil almısınız?

– Artıq 13 ildir ki, hicama ilə məşğulam. Hicama təhsilimi 4 il Misirdə almışam. Daha sonra 3 ay təcrübə keçmişəm. Mən özüm Hepatit c xəstəsi olmuşam. Hicamanı öyrənmək üçün çox pul xərcləmişəm. Amma bu prosesi öyrənəndən sonra tez-tez hicama etdirdim. Cavan qan bədənimə gəldikcə xəstəlik sovrulub getdi.

– Hicamanı necə təsvir edərdiniz və bu prosedurun əsas məqsədi nədir?

– Hicama insanlara Allah tərəfindən verilmiş bir möcüzədir. Bu prosedurun əsas məqsədi insan bədənini cavan və oksigenlə zəngin olan qanla təmin etməkdir.

– Hicama ilə bağlı insanlarda hansı səhv anlayışlar var?

– Bu prosesə inanmamaq düşünürəm ki, cahillikdən irəli gəlir. Fikir verirsinizsə, hicamaya maraq son dövrlər çoxalıb. Hətta bəzi insanlar var ki, gizlin etdirir. Çünki bunun müalicəsinə inanır, amma ətraf düşüncələrdən qorxur. Hicamanın verdiyi nəticəni heç bir müalicəvi prosedur göstərə bilməz.

– Bəs hicamanın hansı xəstəliklər üçün daha faydalı olduğunu söyləyə bilərsiniz?

– Ağlınıza gələn istənilən xəstəlik üçün faydalıdır. İstər iltihab, istər xroniki ağrılar olsun. Bütün xəstəliklər üçün hicama tətbiqi vacibdir. Səbəbini izah edim. Qan orqanizmdə sintezi yaradacaq sistemdir. Bütün orqanlar bundan asılıdır. Cavan qan nə qədər çoxdursa, insan sağlamlığı bir o qədər yaxşı olur.

Zəhər insan orqanizmindən 5 vasitə ilə ixrac olunur. Bunlar sidik, nəcis, ağız suyu, tər və bunlardan daha vacib hicamadır. Çünki hicama vasitəsi ilə bədəndən parazitlər və karbon qazları çıxır, xolesterin yağları azalır. Digər proseduralarla xolesterin yağının səviyyəsinin aşağı salınması üçün müalicə 300-400 manata başa gəlir. Amma hicama ilə iki seansa xolesterini aşağı salmaq mümkündür.

İki xərçəng xəstəm var idi ki, hicama ilə sağaldı. Hazırda bu xəstəlikdən əziyyət çəkən 8 pasiyentimə də hicama edirik.

– Haldun bəy, hansı şəxslərə hicama etmək olmaz?

– Hamilə qadınlara məsləhət görülmür. Səbəb isə hamilə xanımlar bətnində olan övladına qan verir və onda qan azlığı yaranır. Buna görə həmin şəxslərə hicama etdirmək məsləhət görülmür. Daha sonra qadınlara menstruasiya dövründə hicama etdirmək qəti olmaz.

– Sizcə, hicama müasir təbabətdə özünə yer tapa bilirmi və necə inkişaf edə bilər?

– Müasir tibb kapitalizmin üzərində qurulub. Yəni indiki səhiyyədə əsas puldur. İnsanı bir xəstəlikdən sağaldıb, digərinə yoluxdururlar. Özlərindən asılı vəziyyətə salırlar. Amma hicama elə deyil. Baş nahiyəsində hicama etdirmək endorfini (xoşbəxtlik hormonu) 10 dərəcəyə qədər aktivləşdirir.

– Qiymətlər bəs? Hansı aralıqda dəyişir?

– Məndən olsa, hicamaya qiymət qoymaram. Çünki qara brilyantdan da bahalı müalicə metodudur. Bir çox xəstəliklərin dərmanıdır. Hicamadan sonra bədəndə iki-üç dəfə qanın miqdarı qalxır.

Amma qiymətlərə gəldikdə hazırda bizdə hicama 75 manatdan endirimlə 60 manata düşüb.

– Hicamanı öyrənmək istəyənlər tələbələriniz olubmu?

– Bu proseduru öyrənən 63 tələbəm olub. Hazırda 4 nəfər yanımda təcrübə keçir, 8 nəfərə də online dərs keçirəm.

Son xəbərlər

Xəbər
Bu gün, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Bu gün, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Bu gün, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Bu gün, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Bu gün, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Bu gün, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Bu gün, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Bu gün, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Bu gün, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Bu gün, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Bu gün, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Bu gün, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Dünən, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Oxşar xəbərlər