top
 “Kosanın qarnına bağlanan yastıq ikicanlı olduğunu göstərir” – Folklorşünas ilə ÖZƏL MÜSAHİBƏ
25 fevral 2025, 06:40
- ↺ +

 “Kosanın qarnına bağlanan yastıq ikicanlı olduğunu göstərir” – Folklorşünas ilə ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Adət-ənənələrimiz yoxa çıxmayıb. Sadəcə bəziləri məişət mədəniyyətinin dəyişməsi ilə aradan gedib”.

Bu sözləri Bakuplus.az-a müsahibəsində AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, folklorşünas Sevinc Qasımova deyib.

Müsahibəni təqdim edirik:

- Sevinc xanım. Bu gün Su çərşənbəsidir. Bu barədə nə deyə bilərsiniz?

- Bu gün ən müqəddəs çərşənbələrdən biri - Su çərşənbəsidir. Xalq arasında bu çərşənbəyə “əzəl çərşənbə”, “gözəl çərşənbə” də deyirlər. Əski inanclara görə, su sağlamlığın, təmizliyin, paklığın rəmzidir. Su çərşənbəsi günü səhər tezdən axar suyun üstünə üz tutub çilə kəsdirər, niyyət edərlər. Suyun üstündən tullanar və “ağırlığım su üstünə” deyərlər. Su çərşənbəsində yeni ilin gəlişi ilə bağlı su təzələnir. Ona görə də bu çərşənbə su ilə bağlıdır.

- Hər çərşənbənin özünəməxsus xüsusiyyətləri nələrdir və bunların mənası necə izah edilə bilər?

- Novruz bayramının mifik fəlsəfəsinə görə, təbiət qışda ölür, yazda dirilir. Dörd ilaxır çərşənbə yazın, yeni ilin ərəfəsidir. Hər çərşənbədə bir ünsür oyanır. Bunların oyanması ilə bütün təbiət dirilir və yeni il başlanır. Bu, Novruzun fəlsəfədir. Dörd çərşənbənin dörd ünsür ilə bağlılığı Novruzun təbiət, dünya və varlıq aləmi haqqındakı fəlsəfəsini ortaya qoyur.

- Novruz çərşənbələri hansı əlamətləri ilə seçilir və bu əlamətlərin yerli inanc və adətlərlə əlaqəsi nədir? Novruz çərşənbələrinin tarixi və mənası haqqında nə deyə bilərsiniz?

- Çərşənbələr baharın gəlişini, yenilənməsini simvolizə edir. İnsanların təbiətə, bir-birinə bağlılığını gücləndirir. Hər çərşənbəyə xas olan fəaliyyətlər var. Xüsusi yeməklərin hazırlanması, xalq oyunları, mahnılar və müxtəlif adətlər.

Od çərşənbəsi əski görüşlər ilə bağlı olub, Günəşə, oda, odu qoruyub saxlama inamı ilə əlaqədardır. Qədim azərbaycanlılar Günəşi, odu, ocağı həyat verən tanrı sayıblar. Ona sitayiş ediblər. Od dünyanın xeyirxah qüvvələrinin başlanğıcı, himayəçisi kimi təsəvvürə gəlir. Tonqal qalama mərasimi digər çərşənbələrdən fərqlənir. Çünki bu çərşənbədə daha hündür yerdə tonqal qalanır, insanlar ətrafına toplaşır. Odun müqəddəsliyini, qüdrətini və böyüklüyünü tərənnüm edən mahnılar oxuyurlar. İnsanlar yeddi dəfə od üstündən tullanaraq, “ağırlığım, uğurluğum odda yansın” deyirlər. Və ya deyirlər ki, “sarılığım sənə, qırmızılığın mənə”.  Od çərşənbəsində artıq havalar isinməyə doğru gedir.

Yel çərşənbəsində artıq əsən isti və ya soyuq küləklər yazın gəlişindən xəbər verir. Bu çərşənbədə yel oyanmış suyu və odu sanki hərəkətə gətirir. Bəzi bölgələrdə bu çərşənbəyə “ölü çərşənbə” də deyirlər. Xalq arasında ata-baba günü kimi də qeyd edilir. Bəzi bölgələrdə sırf bu çərşənbədə qəbir üstünə ziyarətə gedirlər, qəbir abidəsini səliqəyə-sahmana salırlar. İldönümü olmayan adamlar üçün “qara bayram” edirlər, ehsan verirlər.

Novruz bayramı öncəsi qeyd edilən İlaxır çərşənbə — Torpaq çərşənbəsidir. Torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik köklərini ehtiva edir və  dirilmə, canlanma anlayışı ilə əlaqədardır.

Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni cücərdilməsi, xonça hazırlanması, qapı pusulması, şam yandırılması, bayramlaşma, fala baxma və bir çox digər adət-ənənələr var. Bu bayramda hər kəs evində olmalıdır. İnanclara görə, ilaxır çərşənbədə insan evində olmasa 7 il həmin bayramı evində qeyd etmir.

- Novruz bayramı ilə bağlı keçirilən çərşənbələr toplumda hansı mədəni və sosial rolu oynayır?

- Bu çərşənbələrin keçirilməsinin böyük bir əhəmiyyəti var. Çərşənbələr insanları bir-birinə mehriban edir. Ümumiyyətlə Novruz bayramı insanları bir yerə toplayır. Bu bayramın gözəl adət-ənənələri var. Onlardan biri də küsənlərin barışmasıdır. Çox gözəl adətdir. 

Bu bayram paylaşma, yardımlaşma bayramıdır. İnsanlar bir-birinə kömək edirlər. Maddi cəhətdən zəif olan insanlara əl tutulmalıdır. Bayram payı götürürlər. Xəstələr ziyarət olunur. Evdə bişirilmiş şirniyyatlardan, çərəzlərdən və meyvələrdən aparılır. 

Novruz bayramının adət-ənənələrindən biri də kimsəsiz və yetim insan üçün el-obanın yığışıb Mürvət toyu etməsidir. Toyun bütün xərcini camaat çəkirdi.

- Folklorşünas olaraq Novruz çərşənbələrinin müasir dövrdə hansı dəyişikliklərə uğradığını düşünürsünüz? Əvvəlki illərə nisbətən sanki insanların çərşənbələri qeyd etməyə maraqları qalmayıb. Novruz çərşənbələri niyə əvvəlki kimi qeyd olunmur? Adət-ənənələr itibmi?

- Adət-ənənələrin yoxa çıxdığını düşünmürəm. Bəzi adət-ənənə var ki, məsələn, şal sallamaq, torba atmaq, onlar məişət mədəniyyəti ilə əlaqədar unudulub. Kənd və rayon yerlərindəki əvvəlki ənənələr “Dəli Kür” filmində əks olunub. Uşaqlar bacadan şal və ya torba sallayırlar. Amma indi əvvəlki kimi alçaq damlı evlər yoxdur ki, şal sallasınlar. 

- Çərşənbələrdə və bayramda hazırlanan ənənəvi yeməklər, şirniyyatlar haqqında nə deyə bilərsiniz? Bunların folklorda xüsusi yeri varmı?

- Şirniyyat növlərinin üzərində xalqımızın qədim astroloji görüşlərini əks olunduğunu görmək mümkündür. Novruz süfrəsinin bəzəyi şorqoğalıdır. O, Günəşin, şəkərbura Ayın, üçbucaq şəkilli paxlava səmanın, uzun ağ bükmə kəhkəşanın, rəngarəng noğullar səmadakı ulduzların simvollarıdır. Novruz bayramı münasibəti ilə bişirilən şirniyyatlar yeddi növdür. Səməni halvası, şorqoğalı, şəkərbura, paxlava, bükmə, süd çörəyi, tıxma və ya kətə.

Diqqət yetirdiyimiz məqamlardan biri də Novruz süfrəsinin yeddilik ilə əlaqəli olmasıdır. İlk növbədə demək lazımdır ki, bütün mənbələrdə Novruz süfrəsi şirniyyat süfrəsi hesab olunur. Bəzi qədim Şərq kitablarında bu süfrənin insana qüdrət, ecazkarlıq, uzun ömür və sağlamlıq bəxş etdiyi qeyd olunur. Novruz süfrəsində “s” hərfi ilə başlayan yeddi naz-nemət olması vacib hesab edilir.  İl təhvil olan zaman evə gətirilən su, səməni halvası, südlü aş, süzmə, süd, səməni şorbası və onun üzərinə səpmək üçün sumaq əsasdır.

- Şaxta baba pay verir, Kosa və Keçəl isə nimdaş paltarda pay yığır. Bu personajların bizə utanc gətirdiyini deyənlər, hətta onları dilənçi adlandıranlar var. Bu məsələyə münasibətiniz necədir?

- Bu fikirlərlə ümumiyyətlə razı deyiləm. Novruz bayramında keçirilən tamaşalardan ən gözəli və geniş yayılanı elə “kosa-kosa” və “xan bəzəmə” tamaşasıdır. Kosa qışın rəmzidir. Əynində tərsinə geyinilmiş kürk və üzünə vurulmuş un birbaşa qarı, qışı təmsil edir. Digər atributlar da köhnə ili göstərir. “Kosa-kosa”da ancaq yazla qışın mübarizəsi əks olunur. Kosa köhnə ilin - qışın obrazıdır. Lakin o, təkcə qışı yox, gəlməkdə olan yazı da təmsil edir. Onun qarnına paltarının altından bağlanan yastıqca kosanın ikicanlı, yəni hamilə olduğunu göstərir. Kosanı qapı-qapı gəzdirən uşaqların nəğməsindən də hər şey bəllidir: “Mənim kosam canlıdır, qolları mərcanlıdır, kosama əl vurmayın, kosam ikicanlıdır”.

Nəzrin Vahid 

Son xəbərlər

Xəbər
Bu gün, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
Bu gün, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
Bu gün, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Bu gün, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Bu gün, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Bu gün, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Bu gün, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Oxşar xəbərlər