Məşhur plastik cərrah Sevinc Heydərovanın lisenziyası ləğv edilib.
Lent.аz xəbər verir ki, bu barədə qərar Səhiyyə Nazirliyi tərəfindən verilib.
Qərara əsasən, Sevinc Heydərovanın plastik cərrah kimi fəaliyyət göstərməsinə dair sertifikasiya şəhadətnaməsi ləğv olunub.
Məlumata görə, onunla bərabər 10-a yaxın plastik cərrahın da lisenziyası ləğv edilib.
Sevinc Heydərova ilə əlaqə saxlanılmağa çalışılsa da, telefona köməkçisi cavab verib.
O, açıqlamasında hazırda işləmədiklərini və Sevinc Heydərovanın ölkə xaricində olduğunu, bir ay sonra qayıdacağını qeyd edib.
Köməkçisi Sevinc Heydərovanın lisenziyasının ləğv edilməsindən xəbərsiz olduğunu bildirib.