Paytaxtın Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi təmir olunur. Bu haqda bu gün, 12 avqust tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Uzunluğu 1230, ortalama eni isə 9 m olan ərazidə hazırda piyada səkiləri bərpa olunur. Daha sonra asfalt örtüyü qaşınaraq yenisi ilə əvəzlənəcək, yeraltı kommunikasiya xətləri təmir olunacaq və yollarda müvafiq nişanlanmalar quraşdırılacaq.
Növbəti mərhələdə yenidənqurma işlərinin rayonun Tələt Şıxəliyev, Müzəffər Nərimanov, Məsud Əlizadə küçələrində, eləcə də Fətəli Xan Xoyski prospektində aparılması nəzərdə tutulur.