Nəsimi rayonunda şəhid Vüsal Kazımovun əziz xatirəsi yad edilib. Bu haqda 17 avqust tarixində Nəsimi Rayon İcra Hakimiyyəti məlumat verib.
Şəhidin ad günü ilə əlaqədar, rayon İcra Hakimiyyətinin başçısı, RİH başçısı aparatının məsul əməkdaşları və şəhidin ailəsi İkinci Şəhidlər Xıyabanında olublar. Ziyarət zamanı şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
3 mart 2022-ci ildə Şuşa-Laçın yolu istiqamətində Vüsal Kazımovunda olduğu hərbi yük avtomobili qəzaya uğramışdır. Nəticədə o, ağır yaralanmış və hərbi tibb müəssisəsinə təxliyə olunmuşdur. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmamışdır. Vüsal Kazımov II Şəhidlər Xiyabanında dəfn olunub. Ona, qanunvericiliyə əsasən, "Şəhid" statusu verilib.