Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən Akademik Mirəsədulla Mirqasımov küçəsində təmir-bərpa işləri yekunlaşıb. Bu haqda bu gün, 12 avqust tarixində Rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat verib.
Küçədə yeraltı su və kanalizasiya xətlərinin cari təmiri həyata keçirilib, yolun əsaslı təmir işləri başa çatdırılıb, yola yeni asfalt örtüyü vurulub.
Bundan əlavə, ərazidə səkilər təmir olunub, yeni bordürlər qoyulub.
[caption id="attachment_58155" align="alignnone" width="800"]
Foto Nəsimi Rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]