İntim videoları yayılan polkovnik cəzasından narazıdır. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin sabiq polkovniki Zaur Mirzəyev məhkəmənin qərarı ilə bağlı apellyasiya şikayəti verib. O, özünü təqsirli bilmir. Bundan əlavə, zərərçəkmiş qadınlardan biri də hökmdən narazıdır. O, polkovnikdən 192.000 AZN tələb edir.
Məhkəmə Z.Mirzəyevə 3 il 6 ay həbs cəzası vermiş, eləcə də zərərçəkən qadına 4000 AZN verilməsini təmin etmişdir.