Bakıda sürücülər avtobus dayanacağına görə cərimə olunduqlarını iddia edirlər.
Bakuplus.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, sürücülər avtobus dayanacaq məntəqəsinin yerinin düzgün təyin olunmadığı üçün problemlə üzləşdiklərini, buna görə məcbur qalıb xətti tapdalandıqlarını və bu halda cərimə olunduqlarını bildiriblər.
Məsələ ilə bağlı Bakuplus.az-ın əməkdaşı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.
Qurumdan verilən açıqlamaya görə, sözügedən ərazidə işlər tam yekunlaşmayıb:
“Xətlənmə işləri həyata keçirilib. Yaxın zamanda yol nişanlarının quraşdırılmasına başlanılacaq. Mövcud dayanacaq məntəqəsinin yeri dəyişdiriləcək”.
Həmin videogörüntüləri təqdim edirik:
Nəzrin Vahid