Nizami rayonu, Qara Qarayev prospekti təmirə bağlanıb. Bu haqda 6 oktyabr tarixində Bakuplus.az-a məlumat daxil olub.
“Xalqlar Dostluğu” metrosundan Babək prospektinə kimi ərazi təmir işləri ilə bağlı hal-hazırda müvəqqəti bağlanıb. Qara Qarayev prospektində yeraltı kommunikasiya xətləri yenilənir, həmçinin səkilər, bordürlər bərpa edilir, köhnə asfalt qatı qaşınaraq, yerinə yeni asfalt çəkilir.
[URIS id=73497]