top
“Qiymət artımı davam edəcək” – Ekspertlərdən ÖZƏL AÇIQLAMA
12 aprel 2025, 06:35
- +

“Qiymət artımı davam edəcək” – Ekspertlərdən ÖZƏL AÇIQLAMA

Azərbaycanda 2025-ci ilin mart ayında istehlak qiymətləri indeksi 2024-cü ilin mart ayına nisbətən 5.9 faiz artıb. Öncəki ayda illik inflyasiya 5.5 faiz olmuşdu.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir. Artım qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6.5 faiz, qeyri-qida məhsulları üzrə 2.8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7.5 faiz təşkil edib.

2025-ci ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,6 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5.6 faiz artıb.

Xatırladaq  ki, Azərbaycan Mərkəzi Bankının pul kredit siyasətində inflyasiya hədəfinin aşağı həddi 2%, yuxarı həddi isə 6% götürülür. Qeyd edək ki, qiymət tənzimlənməsi AMB-nin əsas mandatıdır və 23 apreldə faiz dərəcəsinin parametrlərini açıqlamalıdır.

Bəs, görəsən, qiymət artımı davam edəcəkmi?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənovun sözlərinə görə, son aylarda qlobal iqtisadi mühitdə sabitlik demək olar ki, pozulub:

“Vəziyyət proqnozlaşdırılan deyil. ABŞ-nin yeni administrasiyasının başlatdığı ticarət müharibələri, rüsum siyasəti dünyada resursların səmərəli istifadəsi konsepsiyasının və Ümumdünya Ticarət Təşkilatının prinsiplərinin pozulmasına, liberal ticarət münasibətlərinin sıradan çıxmasına gətirib çıxarmaqla qiymət artımları istiqamətində ciddi təzyiqlər formalaşdırır.

İndiki halda bu daha çox əlavə xərclərin yaranması rüsumundan qaynaqlanır. Bu siyasət yaxın müddətdə rasional məcraya daxil olmasa, artıq proses tamamilə digər faktorlar fonunda istehsal xərclərinin artması, qeyri-səmərəli istehsal mühiti təsiri ilə daha da güclənəcəkdir. Azərbaycan bu istiqamətdə kifayət qədər həssasdır. Çünki idxaldan asılılıq səviyyəsi yüksəkdir”.

R.Həsənov qeyd edib ki, 2025-ci ilin əvvəlində idxal səviyyəsi kəskin artıb:

“Belə bir şəraitdə Azərbaycan inflyasiyanı əhəmiyyətli səviyyədə idxal etməkdədir. Burada digər amillərin də təbii ki, təsirləri vardır. Prosesin növbəti dövrdə davam etməsi ehtimalları çox yüksəkdir. Artıq demək olar ki, Mərkəzi Banklar da müvafiq istiqamətdə gözləntilərin artdığını nəzərə almaqdadırlar və yenidən təkrar sərt monetar siyasətə keçid ilə bağlı qərarlar qəbul etməli olacaqlar.

Banklar faiz dərəcələrini artıracaqlar. Əllərində olan alətlərdən istifadə edəcəklər. Azərbaycan Mərkəzi Bankı üçün də yeni bir çağırışlar formalaşır. Bu məqamlar növbəti dövrlər nəzərə alınacaqdır. Ərzaq məhsullarının qiymətlərinin növbəti dövrlərdə daha kəskin şəkildə artması ehtimalı vardır.

Bu, əhalinin alıcılıq gücünün aşağı düşməsi, Azərbaycanda və dünyada da əhalinin yoxsullaşması istiqamətində ciddi çağırışlar yaradır ki, hökumətlər müvafiq məqamları nəzərə almaq ilə fundamental konsepsiyalar həyata keçirməli və siyasətlər təklif etməlidirlər”.

İqtisadçı-ekspert Xalid Kərimli isə əlavə edib ki, qiymət artımı Tarif Şurasının verdiyi qərarlar ilə əlaqədardır.

“Bu, idxal ilə əlaqədar deyil. Əsasən hökumətin verdiyi qərarlardan asılıdır. Ötən ilin ikinci yarısında dizel ilə benzinin qiyməti artdı. Onun hələ də inflyasiya təsirləri davam edir. Qiymətlər artır. Xüsusən də bu, kənd təsərrüfatı məhsulları, tikinti materialları və xidmətlər bazarında özünü daha aktual göstərir.

Daha sonra hökumət sərnişin daşımasının qiymətlərini artırdı. Bunların hamısı inflyasiyadır. Ötən ildə bu qiymətlər yox idi. Bu ilin yanvar ayından etibarən işığın və qazın qiyməti də artdı. Bu həm kənd təsərrüfatı, həm də tikinti sahəsində ciddi qiymət artıran faktor oldu.

Bu ilin yanvar ayında minimum əmək haqqı da artdı. Bunun özü yaxşı qərar olsa da, yenə də sahibkarın xərcini artıran amildir. Bunlar hamısı inflyasiyanı yüksək səviyyədə saxlayacaq. Qiymət artımı davam edəcək. Gözləntilərə uyğun inflyasiya gedir”.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 17:22

"Şükürlər olsun ki, Maradona kimi narkotikə yox, içkiyə qurşandım" - Faiq Cabbarov

Xəbər
Bu gün, 16:27

Opera səhnəsinin sevilən sənətçisinin ad günüdür

Xəbər
Bu gün, 15:05

"Ürəyim" yazılan nömrəni gördü, keçmiş arvadını vurdu

Xəbər
Bu gün, 12:44

Bakıya yağış yağacaq, şimşək çaxacaq

Xəbər
Bu gün, 11:57

Bakıda özünü körpüdən atmaq istəyən şəxs həbs edildi

Xəbər
Bu gün, 10:53

DSMF 8 ayda 303 mindən çox vətəndaş müraciətini qeydə alıb

Xəbər
Bu gün, 09:57

Avtomobillə divara sıxıb, domkratla başına vurdu

Xəbər
Dünən, 21:00

7-13 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:00

Ana olmaq üçün son yaş həddi

Xəbər
05 sentyabr 2026, 17:23

Bakıda 21 yaşlı gənc "niyə işləmirsən?" deyən atasını döydü

Xəbər
05 sentyabr 2026, 16:15

Bazar günü Bakıya yağış yağacaq

Xəbər
05 sentyabr 2026, 14:54

Xırdalanda gəlini ilə yaşamaq istəməyən qayınana döyüldü

Xəbər
05 sentyabr 2026, 13:23

"Mən olmayandan sonra onu satıb, aranızda bölüşərsiniz" - Xalq artistinin VƏSİYYƏTİ

Xəbər
05 sentyabr 2026, 11:51

Bakıda ərinin xəyanətini öyrənən qadın heyfini maşından çıxdı

Xəbər
05 sentyabr 2026, 10:40

Toy günü bəylik kostyumu olmayan aktyor - Doğum günüdür

Xəbər
05 sentyabr 2026, 09:46

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Xəbər
04 sentyabr 2026, 17:04

Təhsil haqqı ilə bağlı təşəbbüs var, bəs nəticə? - Tələbə Bakuplus.az-a danışdı

Aktual Xəbərlər
04 sentyabr 2026, 16:09

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Xəbər
04 sentyabr 2026, 15:29

Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti

Xəbər
04 sentyabr 2026, 15:18

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Xəbər
04 sentyabr 2026, 13:19

Bakıya Payız gəlir

Xəbər
04 sentyabr 2026, 12:50

Sabah Bakıda hava necə olacaq?

Xəbər
04 sentyabr 2026, 09:46

"Uşaq şiddət görürdüsə, niyə gətirirdi?" - Bağça nümayəndəsi + YENİLƏNİB

Xəbər
03 sentyabr 2026, 21:07

"Melissa ASP" sakinləri lift problemindən şikayətçidirlər

Oxşar xəbərlər