top
“Sadəcə modelyer-dizayner olmaq istəyirdim” - Xalçaçı-rəssamla ÖZƏL MÜSAHİBƏ
26 mart 2025, 07:30
- ↺ +

“Sadəcə modelyer-dizayner olmaq istəyirdim” - Xalçaçı-rəssamla ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakuplus.az-ın bugünkü müsahibi xalçaçı-rəssam Zemfira İsmayılovadır.

Müsahibəni təqdim edirik:

- Xalçaçılıq sənətinə necə başladınız?

- Xalçaçılıq sənətinə başlamağım mənim üçün də gözlənilməz oldu. Xalçaçılıq fakültəsinə daxil olsam da, heç bir anlayışım yox idi. Mən sadəcə modelyer-dizayner, rəssam olmaq istəyirdim. Amma elə oldu ki, xalçaçı oldum. Qırmızı diplom ilə xalçaçılıq fakültəsini bitirmişəm. Bilməzdim ki, bu sənəti bu qədər sevəcəyəm.

- Xalça hazırlama prosesini izah edə bilərsinizmi?

- Xalçanın hazırlanma prosesi çox uzundur. Bizdə xalça dəzgahı üzərinə əriş pambıqdan uzadılır. Qədimdə xalça uzadanda yun iplərindən istifadə edirdilər. Lakin pambıq ərişlər daha praktiki və elastikdir. Biz onlardan istifadə edirik. Dəhnə döyülür. Bu proseslər bitəndən sonra xalça toxumağa başlayırıq.

- Hansı növ materiallardan istifadə edirsiniz və bunlar xalçanın keyfiyyətinə necə təsir edir?

- Xalça toxunan zaman qoyun yunundan istifadə olunur. Xalçanın keyfiyyəti onun sıxlığından asılıdır. Yun iplər təbii boyadan olsa daha gözəl olar. Xalçanın qırxımı hamar olsa, daha yaxşıdır. Kənarlarının düz olmasına diqqət edirik. Nə qədər nazik xov olsa, o qədər yaxşıdır. Məsələn, xalça 5 millimetr hündürlükdə olsa, çox qəşəng və gözəl naxışlar alınır. Xalçanın xovu qalın olsa, naxışlar aydın görünmür. Hər şey həm qırxımından, həm də xalçanın sıxlığından asılıdır. Bunlar hər biri keyfiyyətə təsir edən faktorlardır.

- Ən çox ilham aldığınız mənbələr hansılardır?

- Mənim ilham aldığım mənbələr Lətif Kərimovun xalçaları və kitablarıdır. Mən o kitabları oxudum. Mənim üçün əsas mənbə onun kitablarıdır.

- Hansı ənənəvi və ya müasir texnikaları istifadə edirsiniz?  Bu sahədəki ənənələri necə qoruyur və ya yeniliklər gətirirsiniz?

- Praktikamda yenilik etmişəm. İtirilmiş texnologiya - dəstərxan ilə qədim süfrənin eskizə köçürtmüşəm, sonra da toxucularımız eskiz əsasında toxuyublar. Biz yeni-yeni texnikalardan istifadə edirik. Xovlu və xovsuz xalçaları sintez etmişəm. Özümdən maraqlı və yeni xalçalar yaradıram. Texnologiyaları qarışdırıram.

- Xalçaçılıq sənətini gələcəkdə necə görürsünüz? Gələcəkdə bu sənətin inkişafı və müasir tələblərə necə uyğunlaşması barədə fikirləriniz.

- Azərbaycanda xalçaçılıq sənəti son 7-8 ildə çox inkişaf edib. Ölkəmizdə hazırda “Azərxalça”nın 15 sexi var. Orada evdar xanımlar çalışırlar. Bu, onlar üçün bir fürsətdir. Həm maaş alırlar, həm də cəmiyyət içərisində olurlar. Bu sənət yox olurdu. Lakin hazırda inkişaf var. Kim xalçaçılığı öyrənmək istəyirsə, gəlir öyrənir. Bizim xalça muzeyində də dərnəklər var. Son illər xalçaya böyük maraq var.

- Ən çox hansı xalça naxışları ilə işləməyi sevirsiniz?

- Əlbəttə ki, hər rəssamın öz sevdiyi bir naxışı olur. Mənim ən sevdiyim isə Quba və Şirvan xalçalarıdır.

- Bir xalça hazırlamaq neçəyə başa gəlir və bu proses nə qədər vaxt alır?

- Əl işləri hər zaman baha olur. Müəllif işində də xüsusən qiymət çox olur. Yenə də xalçanın naxışından, sıxlığından asılıdır. Süjetli və portret xalçalar daha baha olur. Dəqiq qiymət demək olmur. Hər xalçanın öz qiyməti var. Bir xalçanın hazırlanma müddəti onun ölçüsündən, sıxlığından və mürəkkəbliyindən asılıdır. Elə xalça var ki, ölçüsü 90/120-dir. Tək bir xalçaçı hazırlayırsa, 4-5 aya bitəcək. Neçə nəfər toxumağından da asılıdır. Elə xalça var ki, tez zamana hazır olmalıdır. Onda iki toxucu birdən hazırlayır.

- Xalçaların bir xalqın mədəniyyətindəki rolu və əhəmiyyəti barədə fikirləriniz.

- Azərbaycanda qədim zamanlardan xalçaçılıqla məşğul olublar. Xalçalarımız dünya muzeylərində nümayiş olunur. Bu o deməkdir ki, bizim mədəniyyətimiz çox zəngindir. Orta əsrlərdə belə bizim xalçalar çox populyar olub. Keçmişdə Avropadan gələn tacirlər həmişə Azərbaycan xalçaları alıb aparırdılar. Hətta qədim, məşhur Avropa rəssamlarının əsərlərində bizim xalçaları görmək mümkündür. Azərbaycanda xalçaçılıq mədəniyyəti böyük rol oynayır.

- Bu sənəti öyrənmək istəyənlərə nə məsləhət verirsiniz?

- Son zamanlar xalçaçılıq sənətinə daha çox qiymət verilir. Gənclər arasında da maraq oyanıb. Ümumiyyətlə, təhsil alanlar mütləq muzeylərə gəlməlidirlər. Xalçalar ilə maraqlanmalıdırlar. Sərgilərə gəlməlidirlər ki, onların daha çox anlayışı olsun.

- Sizin üçün mükəmməl xalça necə olmalıdır? Xalçanın gözəlliyini və keyfiyyətini necə qiymətləndirirsiniz?

- Hər xalçanın özünəməxsus naxışları, hər rəssamın da öz fikirləri var. Mən daha çox xalçanın naxışlarına önəm verirəm. Hər naxışın öz sözü və dəst-xətti var. Rəngləri də önəm daşıyır.

- Son dövrlərdə hazırlanmış hansı xalçanızı xüsusilə sevirsiniz və niyə?

- Son olaraq bir xalça işləmişəm, onu daha çox sevirəm. O mənim üçün qeyri-adi bir işdir. Xalça xovlu və xovsuz texnologiya ilə hazırlanıb. Xalça Muzeyinin 55 illik yubileyi münasibəti ilə bütün Azərbaycan bölgələrinin xalçalarının elementləri verilib. Çox maraqlı bir xalçadır. Xalçanın gözəlliyi onun assimetrikliyindədir. Naxışlar təkrar olunmur. Ona görə də bu xalçanı bəyənirəm.

- Bu sənətdə sizi motivasiya edən əsas amillər nədir?

- İndiki cavanlar çalışırlar ki, daha asan yol ilə pul qazansınlar. Kompüter, bank işi, tərcüməçi. Amma mən bu sənətə hər zaman üstünlük vermişəm. Çünki bu sənəti çox sevirəm. Məni sərgilər, festivallar motivasiya edir. Böyük bir tədbirdən yeni gəlmişəm. Qazaxıstanda keçirilmişdi. Böyük tədbirlərdə ölkəmizi təmsil etmək mənim üçün motivasiyadır. Yeni-yeni işlər yaradıram. Orada gedib ölkəmizi təmsil edib, nümayiş etdirirəm. Bu mənə motivasiya verir. Bakıda olanda yeni işlər hazırlayıram, bilirəm ki, sərgi olacaq. Orada gedib Azərbaycanı təmsil edəcəyəm.

- Bundan sonra hansı yeni layihələr üzərində işləməyi planlaşdırırsınız?

- Yeni layihələr təbii ki, var. İstanbula dəvət almışam. Yakutiyaya səfərlərim olacaq. Onlara hazırlaşıram. Yeni müəllif işlərim olacaq. Mən sevirəm ki, qədim naxışları müasir xalçalarda istifadə edim. Bunu klassikanı itirməmək şərti ilə edirəm. Layihələr çoxdur. Üzərində işləyirəm.

Nəzrin Vahid

Son xəbərlər

Nərimanov
Bu gün, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Bu gün, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Bu gün, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Bu gün, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Bu gün, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
22 oktyabr 2026, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
22 oktyabr 2026, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Oxşar xəbərlər