top
“Sahibkarlar ağ unu rəngləyib saxta qara çörək hazırlayırlar” – ŞOK İDDİA
04 fevral 2025, 03:26
- ↺ +

“Sahibkarlar ağ unu rəngləyib saxta qara çörək hazırlayırlar” – ŞOK İDDİA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fevral ayının birindən çörəyin qiyməti artıb. Belə ki, marketlərdə 55 qəpiyə satılan standart zavod çörəyi alıcılara 65 qəpiyə təklif olunur. Bəzi çörək istehsal edən şirkətlər mətbuata açıqlamalarında çörəyin qiyməti ilə bərabər çəkisinin də artdığını iddia edirlər. Yəni 55 qəpiyə satılan zavod çörəyinin çəkisi 510 qram idisə, indi çəki 620 qrama qaldırılıb. Bir sözlə, ərzaq bazarına ağır çəkili və 10 qəpik baha qiymətə satılan yeni çeşiddə çörək çıxarılıb.

Bəs ümumiyyətlə, indiki halda çörəyin qiymətinin artırılmasına ehtiyac var idimi? Bu hansı səbəbdən baş verə bilər?
Mövzuyla bağlı bizim.media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, hazırda çörəyin qiymətinin bahalaşması üçün heç bir iqtisadi faktor mövcud deyil:

“Çünki dünya bazarında buğdanın qiyməti ucuzlaşmaya meyillidir, artıq ərzaq buğdasının qiyməti təxminin 200-210 dollar civarındadır. Halbuki biz 2022-ci ildə bu qiymətlərin 340-350 dollar civarında olduğunu müşahidə etmişdik. Yəni bu iki il ərzində buğdanın qiyməti 350 dollardan 200 dollara qədər düşüb, 150 dollar ucuzlaşıb. Amma təəssüflər olsun ki, Azərbaycanda çörəyin qiyməti bahalaşıb”.

Ekspert sözügedən durumu rəqabət mühitinin olmaması ilə əlaqələndirib:

“Əgər olsa idi, onlar başqa variantlar, məsələn, çörəyin keyfiyyətini yüksəltmək, yeni çeşidlər təqdim etməyi sınayardılar. Yəni ənənəvi çörəyə dəymədən yeni texnologiya ilə yeni çeşiddə məhsul ortaya qoyub, baha sata bilərdilər.

İndi çörək bazarında qara çörək demək olar ki, yoxdur və ya çox azdır. Amma qara çörəyə tələbat böyükdür, lakin sahibkarlar ağ unu rəngləyərək saxta qara çörək hazırlayırlar. Sahibkarlar təbii qara çörək hazırlayıb müştərilərə təqdim edə bilər və bu yolla əlavə mənfəət əldə edə bilərlər. Marketinq tədqiqatları aparsalar, mənfəətin artırılmasının yüzdən çox yoluna xitab edərlər. Qiymət artırmaq ən primitiv yoldur”.

Son xəbərlər

Xəbər
Bu gün, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Bu gün, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Bu gün, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Bu gün, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Bu gün, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Bu gün, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Bu gün, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Bu gün, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Bu gün, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Bu gün, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Bu gün, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Bu gün, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Bu gün, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Oxşar xəbərlər