Paytaxtın Xəzər rayonunda təmizlik işləri aparılır. Bu haqda 6 oktyabr tarixində Bakuplus.az Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə istinadən xəbər verir.
Təmizlik işləri sakinlərin kütləvi şəkildə istirahət etdikləri parklarda, bağlarda, həyətlərdə görülüb. Bundan əlavə, küçə və prospektlərdə yolkənarı ağaclar budanıb və qazon sulanıb.
Hazırda rayonun müxtəlif yerlərində təmizlik-abadlıq işləri davam edir.
[URIS id=73565]