Bakı Nəqliyyat Agentliyi (BNA) piyadaların təhlükəsizliyini təmin etmək üçün Yasamal, Binəqədi və Səbail rayonlarında tədbirlər görüb. Bu haqda 15 noyabr tarixində BNA məlumat verib.
Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində yeni səkilər inşa edilib və sakinlərin istifadəsinə verilib. Səki üzərində gözdən əlil insanlar üçün hiss edilə bilən döşəmələr, panduslar yerləşdirilib.
Beynəlxalq Avtovağzal Kompleksinin və Bibiheybət yolunda yerləşən Səbail Rayon Polis İdarəsinin qarşısında xüsusi düymə ilə idarə olunan svetofor dirəkləri və panduslar quraşdırılıb. Həmçinin Avtovağzal qarşısında yol boyunca dəmir məhəccərlər qoyulub. Nəticədə piyadaların yolunun əvvəlcədən təyin olunmayan hissəsindən keçərək sıxlıq və qəza hallarını yaratmasının qarşısı alınıb.
[URIS id=14465]