top
Yayılan xəstəlik yaz virusu hesab oluna bilərmi? – MÜTƏXƏSSİSLƏRDƏN ÖZƏL AÇIQLAMA
10 aprel 2025, 07:10
- ↺ +

Yayılan xəstəlik yaz virusu hesab oluna bilərmi? – MÜTƏXƏSSİSLƏRDƏN ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qrip virusu əhali arasında hər il geniş yayılan bir xəstəlikdir. Bu virus əsasən hava yolu ilə yayılması və insanlardan insana keçməsi ilə tanınır. Qripin əlamətləri arasında yüksək hərarət, boğaz ağrısı, öskürək, əzələlərdə ağrı və halsızlıq yer alır.

Virusun yayılması xüsusilə qış aylarında daha çox olur. Lakin yaz ölkəmizə daxil olandan insanlar arasında bu xəstəliyə tez-tez rast gəlinir. Son zamanlar bir çox bölgədə qrip virusu və oxşar tənəffüs yolu infeksiyaları yenidən artmaqdadır. İnsanlar arasında qızdırma, titrətmə, boğaz ağrısı, öskürək, bəzən də bədən ağrıları və yorğunluq kimi əlamətlərlə müşayiət olunan hallar geniş yayılıb.

Bunu yaz aylarında yayılan mövsümi viruslarla ilə əlaqələndirirlər. Bildirilir ki, yazda havaların dəyişkənliyi bədənin müdafiə sistemini zəiflədir, bu da viruslara yoluxmanı asanlaşdırır.

Bəs, görəsən, bununla bağlı hansı tədbirlər görülməlidir? Yayılan xəstəlik yaz virusu hesab oluna bilərmi?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən terapevt Abbas Bağırovun sözlərinə görə, orqanizmin dəyişkən təbii proseslərə uyğunlaşma qabiliyyəti pozulduqda bədənin ətraf mühitə qarşı həssaslığı dəyişir:

“Havaların kəskin dəyişməsi, yəni istiləşməsi və ya soyuqlaşması canlı orqanizmlərin hamısına - həm bitki aləmində, həm insanlarda müəyyən dəyişikliklərə səbəb olur. Havaların qeyri-stabil keçməsi orqanizmin uyğunlaşma qabiliyyətinin pozulmasına gətirib çıxarır, bədənin proseslərə həssaslığı dəyişir. Bu hal immun sistemin zəifləməsinə şərait yaradır.

İkinci - ekoloji sistemdə baş verən çirklənmə halının artmasıdır. Burada obyektiv və digər faktorlar var. Dünyada gedən müharibələr nəticəsində baş verən partlayışlardan sonra zəhərli qazların artması atmosfer havasını çirkləndirir. Bu zaman ağciyərlərə gedən zərərli qazlar artır və bütün toxumalara yayılır. Həmçinin insanlar ekoloji təmiz qidlanmalardan uzaqlaşdıqca, bu da immun sistemin zəifləməsinə səbəb olur. Koronovirusdan sonrakı dövrdə orqanizmin immun sistemində gedən adekvat dəyişikliklər bir çox xroniki xəstələrdə və meteohəssas insanlarda immun sistemini zəiflətdi”.

İnfeksionist Mərdan Əliyev isə qeyd edib ki, əslində kəskin respirator virus infeksiyalarına, qripə payız-qış mövsümündə daha çox rast gəlinir:

“Yaz aylarında bir qədər azalır. Mart ayı qripin mövsümüdür. Çox rast gəlinir və ağır gedir. Sonradan havaların istiləşməsi ilə əlaqədar azalmağa başlayır. Aprelin əvvəlləridir. Virus infeksiyası azalıb, lakin hələ də bu xəstəlik müəyyən yerlərdə qalıb. Kim qrip virusuna yoluxan şəxs ilə təmasda olursa, onlar yoluxurlar. Təmasda olmayanlar yoluxmurlar.

İmmun sisteminin zəif olması bu xəstəliyə tez yoluxmağa səbəb olur, ağır gedişata gətirib çıxarır. İnsanlarda yuxu sisteminin pis olması, gec yatması, səhər gec oyanmaq da orqanizmə mənfi təsir edir. Düzgün qidalanmamaq da immun sistemini zəiflədir, vitamin çatışmazlığı vəziyyəti ağırlaşdırır”.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Bu gün, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Bu gün, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Bu gün, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
31 oktyabr 2026, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
31 oktyabr 2026, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
31 oktyabr 2026, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
31 oktyabr 2026, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
30 oktyabr 2026, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
30 oktyabr 2026, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
30 oktyabr 2026, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
30 oktyabr 2026, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
30 oktyabr 2026, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
30 oktyabr 2026, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
30 oktyabr 2026, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
30 oktyabr 2026, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
30 oktyabr 2026, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Oxşar xəbərlər