top
YUĞ Teatrında nə baş verir?
18 mart 2025, 03:49
- ↺ +

YUĞ Teatrında nə baş verir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Dövlət YUĞ Teatrında nümayiş olunan “Asılqan” tamaşası zamanı aktyor Elşən Əsgərovun tamaşaçılardan üzr istəyərək səhnəni tərk etdiyi barədə xəbər vermişdik.

Bu məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olub, aktyorun bu hərəkəti teatrın hazırda binasız qalmasına etiraz kimi qəbul edilib.

Aktyor qeyd edib ki, tamaşanı hər hansı zədəyə görə yarımçıq qoymayıb. O vurğulayıb ki, bir insan, bir aktyor kimi bu, artıq onun üçün son hədd olub.

Məsələ ilə bağlı qafqazinfo.az Elşən Əsgərovun özü ilə əlaqə saxlayıb: “YUĞ teatrı yaradıcı və texniki heyət baxımından üzərinə düşən bütün tapşırıqları yerinə yetirməyə hazırdır. Bütün heyət YUĞ-un yaşaması, fəaliyyətini davam etdirməsi üçün bir ailə, bir yumruq kimi vəhdətdədir. YUĞ məkan və şəraitsizlikdən əziyyət çəkir”.

Baş verənlərlə bağlı tamaşanın rejissoru Əbdülqəni Əliyevin də mövqeyi öyrənilib. O, açıqlamasında bildirib ki, bu, etiraz məsələsi deyil:

“Burada heç kimi qınamaq olmur, nə aktyoru, nə teatrın rəhbərliyini, nə də bizim olduğumuz Kukla Teatrını... Çünki Kukla Teatrında müvəqqəti, 1-2 ay adı ilə artıq 10 ilə yaxındır ki, fəaliyyət göstəririk. Hər yeni mədəniyyət naziri gələndə deyir ki, “artıq düzələcək, biz sizə bina verəcəyik”. Artıq buna öyrəşmişik. Hətta gözlənilir ki, bu teatr şəraitsizlikdən məhv olsun. Uşaqlar isə hər dəfə təzə-təzə tamaşalar hazırlayırlar. Hər təzə tamaşa da yeni dekorasiya deməkdir. Bütün bunları qoymağa da artıq yer yoxdur. Koridorlara düzülür. Sağ olsun Kukla Teatrı ki, 10 ildir bizə dözür. Kulis arxasında əslində yer böyük olmalıdır. Burada heç bir metr yoxdur və dekorasiyalar da qoyulanda, bir də görürsən qaranlıqda qolu, başı, ayağı dəyir. Bilirsiniz ki, bizdə bir aktyor bir neçə obrazı canlandırır və bunun üçün saniyələr lazımdır ki, səhnə arxasına keçib dəyişsin. Bu zaman da o, səhnə arxasındakı dekorlara dəyir. Bir dəfə, iki dəfə, üç dəfə... axırda dedi ki, “yox, belə alınmır”. Düzdü, ayağı sınmadı, kəsilmədi, amma dözülməz həddə çatdı”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə də sorğu ünvanlanıb.

Qeyd edək ki, YUĞ teatrının binası 2016-cı ildə sökülüb. Teatr binasız qalması səbəbindən tamaşalarını Azərbaycan Dövlət Kukla Teatrının kiçik məşq zalında göstərməli olur.

Son xəbərlər

Nərimanov
Bu gün, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Bu gün, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Bu gün, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Bu gün, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Bu gün, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
22 oktyabr 2026, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
22 oktyabr 2026, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Oxşar xəbərlər