IDEA Heyvanlara Qayğı Mərkəzi və Bakı Zooloji Parkının birgə təşəbbüsü ilə mərkəzin sığınacağından bəzi heyvanlar beşinci dəfə Bakı Zooparkında sərgilənəcək. Bu haqda bu gün, 31 may tarixində Bakuplus.az Zooloji Parkın mətbuat xidmətinə istinadən məlumat verir.
Növbəti Himayə guşəsi sabah, 12 iyun saat 12:00-dan 14:00-a kimi baş tutacaq.
Bu müddət ərzində qonaqlar sərgilənən it və pişiklərlə vaxt keçirə, ev heyvanına qulluq haqqında təlimat və məsləhətlər ala, ən əsası isə əsl dost qazana bilərlər.
Ev heyvanına sahiblənmək üçün vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməli, qısa müsahibədən keçməli və öhdəlik imzalamalıdırlar. 18 yaşdan aşağı olan şəxslər valideynləri ilə gəlməlidirlər. Heyvanları himayəyə götürmək pulsuzdur.