top
Almaniyanın SSRİ-yə hücüm edəcəyi barədə xəbər göndərən Rixard Zorge
24 noyabr 2021, 02:30
- ↺ +

Almaniyanın SSRİ-yə hücüm edəcəyi barədə xəbər göndərən Rixard Zorge

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rixard Zorge 4 oktyabr 1895-ci ildə Bakıda, Sabunçu qəsəbəsində, alman neft mühəndisi Vilhelm Zorgenin ailəsində anadan olub. Ailə bir neçə il Bakıda qaldıqdan sonra Berlinə qayıdır. Zorge dostlarına zarafatca belə deyirdi:

“Özümü tamamilə azərbaycanlı hiss edə bilərdim, bəla burasındadır ki, azərbaycanca bir söz belə danışa bilmirəm”.

1914-cü ildə Birinci Dünya müharibəsinin başlaması ilə Zorge könüllü cəbhəyə yollanır. 1916-cı ilin mart ayında döyüşlərdə yaralanır, bu səbəbdən üç barmağı kəsilir və hər iki ayağı sınır. Həyatının sonuna qədər axsamaq məcburiyyətində qalır.

Bir müddət sonra, kommunizm ideyalarını müdafiə etdiyinə görə Rixard SSRİ-yə qaçmaq məcburiyyətində qalır. Burada o, Xüsusi Kəşfiyyat Orqanları ilə əməkdaşlığa cəlb olunur. Jurnalist kimi fəaliyyət göstərməklə Avropa ölkələrinə, sonra isə Çinə və Yaponiyaya göndərilir, “Ramzay” adı ilə casusluq edir.

1941-ci ildə səfirlik işçilərinin vasitəsi ilə Zorge Barbarossa əməliyyatı (İkinci dünya müharibəsində Almaniyanın SSRİ-yə qarşı hücumu) barədə məlumat öyrənir. Zorge bu barədə Moskvaya təcili raport göndərir, lakin Stalin buna əhəmiyyət vermir.

Həmin il Yaponiyada fəaliyyət göstərən sovet casusluq şəbəkəsi ortaya çıxarılmış olur və Rixard Zorge 18 oktyabrda Tokioda həbs olunur. Ağır işgəncələr altında Zorge casus olduğunu etiraf etsə də, SSRİ üçün işlədiyini inkar edir. Yaponiya, SSRİ-nin əllərində olan yapon casuslarını Zorge ilə dəyişmək istədiklərini bildirdilər. SSRİ isə cavabında Rixard Zorge adlı birinin tanımadığını bildirir. Zorge saxlanıldığı həbsxanada 7 noyabr 1944-cü ildə asılaraq edam edilir. 

SSRİ 1964-cü ilə qədər Zorge adında bir cəsuslarının olduğunu inkar edirdi. Nəhayət 5 noyabr 1964-cü ildə Rixard Zorgenin ölümünün 20 illiyi münasibəti ilə Moskvada tədbir təşkil olunur və ona Sovet İttifaqı Qəhrəmanı adı verilir.

Zorge əvvəl saxlanıldığı Suqamo həbsxanasının məzarlığında dəfn edilmişdi. Sonralar casusun cənazəsi Tokionun Füçi səmtində yerləşən qəbiristanlığına köçürülüb və indi də orada yerləşir.

1981-ci ildə Bakıda Rixard Zorgenin xatirə memarlıq kompleksi inşa edilib. Bu kompleks, Nəsimi rayonunda, Zorgenin adını daşıyan parkda yerləşir. Nəsimi rayonunda casusun adını daşıyan küçə də mövcuddur.

Mənbələr:


  1. Большая советская энциклопедия. Москва-1969.

  2. https://1news.az/news/20191114115838628-Neobychnyi-pamyatnik-v-Baku-Etogo-vzglyada-boyatsya-vse-FOTO

  3. Колесникова М.В., Колесников М.С. Рихард Зорге. 1975

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 12:28

Bəzi xarici vətəndaşlara uzunmüddətli yaşayış icazəsi veriləcək

Xəbər
Bu gün, 12:01

Ərinin qətlini sifariş edən qadın barədə SON QƏRAR

Xəbər
Bu gün, 11:17

Sakinlər bu avtobusların yenilənməsini tələb edir - VİDEO

Xəbər
Bu gün, 10:55

Azərbaycanın axtarışa verdiyi 7 nəfərdən biri "Diriliş Ərtoğrul"un aktyorudur

Xəbər
Bu gün, 09:59

Böyük sənətkar Şövkət Ələkbərovanın doğum günüdür

Xəbər
Bu gün, 00:05

Bu gün Zəngilan şəhərinin azad olunduğu gündür

Xəbər
Bu gün, 00:01

20 oktyabr 2020-ci il: Vətən müharibəsinin 24-cü günü

Aktual Xəbərlər
Dünən, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Dünən, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Dünən, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Dünən, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Dünən, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Dünən, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Dünən, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Dünən, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Dünən, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Dünən, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Dünən, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Dünən, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Dünən, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Dünən, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Dünən, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Dünən, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Dünən, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Oxşar xəbərlər