15-16 sentyabrda baş tutacağı gözlənilən ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi təxirə salınıb. Bu haqda 14 sentyabr tarixində Bakuplus.az Azərbaycan Ağır Atletika Federasiyasına istinadən məlumat verir.
Federasiyadan verilən məlumata görə, buna Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusunun şəhid olması səbəb olub.
2 gün davam etməli olan turnir Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında baş tutmalı idi. Yarışın nə vaxt və harada təşkil olunacağı hələlik bəlli deyil.