Ümumdünya Şahmat Olimpiadası yekunlaşmaq üzrədir. Bu haqda bu gün, 8 avqust tarixində Bakuplus.az olimpiadanın rəsmi səhifəsinə istinadən xəbər verir.
9-cu turda Kişilər üzrə yığmamız Hindistan komandası ilə heç-heçə edib, qadınlar isə Monqolustan təmsilçilərinə qalib gəliblər.
Rauf Məmmədov bu turda heç-heçəyə razılaşıb, Günay Məmmədzadə isə qalib gəlib. 9-cu turun sonunda Azərbaycanın komandaları 6-cı yerdə qərarlaşıblar.
Növbəti mərhələ 8 avqust Bakı vaxtı ilə saat 15:00-da baş tutacaq. Azərbaycanın hər 2 yığması Ermənistan təsmilçiləri ilə qarşılacaq.