Paytaxtda keçirilən “Qarabağ” - “Ferentsvaroş” oyununda qalibi müəyyən etmək mümkün olmayıb. Bu haqda bu gün, 4 avqust tarixində Bakuplus.az xəbər verir.
Matçda hesabı qonaqlar 17-ci dəqiqədə açıb. Ancaq 34-cü dəqiqədə təmsilçimiz cavab qolunu vurub və komandalar soyunub-geyinmə otağına 1:1 hesabı ilə yollanıblar.
2-ci hissədə Qarabağ FK-nın bir neçə dəfə qol vurmaq şansı olsa da, hesab dəyişməyib.
Cavab matç 9 avqust tarixində Macarıstanda baş tutacaq.