Bu gün Bakıda gənclər arasında badminton turniri keçirilib. Bu haqda 5 avqust tarixində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi məlumat verib.
Yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşması və onların fiziki inkişafının təmin edilməsi məqsədilə Tərbiyə Müəssisəsində turnir təşkil olunub.
Turnir Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilib.
Yekunda qaliblər təşkilatçılar tərəfindən diplomlarla təltif ediliblər. Həmçinin gənclərin davamlı şəkildə badminton idman növü ilə məşğul olmaları məqsədilə müxtəlif idman ləvazimatları və digər hədiyyələr təqdim edilib.
[caption id="attachment_56346" align="alignnone" width="800"]
Foto Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəsmi Facebook səhifəsi[/caption]