Ümumdünya Şahmat Olimpiadasının növbəti turu yekunlaşıb. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az müsabiqənin mətbuat xidmətinə istinadən xəbər verir.
5-ci turda kişi yığmamız ilk məğlubiyyətini Kubaya qarşı alıb, qadın təmsilçilərimiz isə bu turda Ukrayna yığması ilə heç-heçə edib.
Nəticədə kişilərdən ibarət yığma turnirdə 27-ci, qadınlar isə 5-ci yerdə qərarlaşıblar. Rauf Məmmədov və Günay Məmmədzadə fərdi rəqiblərinə qalib gələ bilməyiblər.
Növbəti turda kişilərdən ibarət komanda Slovakiya, qadınlar isə Qazaxıstan yığmaları ilə qarşılaşacaqlar.
Ötən turun necə keçdiyi barədə buradan məlumat ala bilərsiniz.