Neftçi - Rapid futbol matçına biletlər artıq satışdadır. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az kluba istinadən xəbər verir.
UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək oyunda “Bakcell Arena” stadionunun kassalarında, eləcə də “Iticket.az”-ın məntəqələrində onlayn şəkildə əldə etmək mümkündür.
Qiymətlər 2, 5 və 10 AZN təşkil edir. Matç 4 avqust saat 21:00-da baş tutacaq.