UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi olan Avstriyanın "Rapid" klubu Bakıya yola düşüb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 3 avqust tarixində xəbər verir.
Komanda Avstriyanın paytaxtı Vyanadan Bakıya 2800 km yol qət etməli olacaq.
Saat 19:15-dən etibarən "Rapid"-in baş məşqçisi Ferdinand Feldhoferin "Bakcell Arena"da mətbuat konfransı və komandanın məşqi olacaq.
"Neftçi" "Rapid"-ə qarşı ilk oyununu avqustun 4-də Bakıda, cavab görüşünü isə avqustun 11-də Vyanada keçirəcək.