Bakı Konqres Mərkəzinin qarşısında 31 iyul tarixində veloyürüş keçiriləcək. Bu haqda BakuPlus.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 29 iyul tarixində xəbər verir.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilən yürüş "İdman hamı üçün" layihəsi çərçivəsində baş tutacaq.
Saat 19:00-dan 20:00-dək davam edəcək tədbirdə hər kəs öz velosipedi ilə iştirak edə bilər.
Kütləvi idman tədbiri əhali, xüsusən də uşaq və gənclər arasında velosiped idmanına marağın artırılması, sağlam həyat tərzini təbliğ etmək məqsədilə təşkil olunur.